İnteryerdə zadəgansayağı effekt

İnteryerdə zadəgansayağı effekt
Əl işləri - Dizayn
10.09.2017 33
Evi
dekorasiya edərkən həyat tərzinizi mütləq nəzərə almalısınız. Məsələn,
əylənməyi sevən, enerjili insanlar rəngarəngliyə üstünlük verməlidirlər.
Ciddi, intizamlı insanlar isə qəhvəyi və qara kimi tünd rəngləri
seçməlidirlər. Ancaq məqsədiniz zərif və şıq görüntüdürsə, heç vaxt
dəbdən düşməyən, insana dinclik verən ağ rəngə meyl etməlisiniz. Düzdür,
xüsusilə də, salonda ağ rəngdən istifadə etmək cəsarət istəyir. Çünki
bu rəng evdəki tozu, ləkəni büruzə verir. Ancaq ağ rəngin üstünlüklərini
nəzərə alaraq bu kiçik qüsuru bağışlamaq olar.
  
Hər tərzə uyğunlaşır
Klassik
və ya müasir üsluba üstünlük verməyinizdən asılı olmayaraq, ağ rəngdən
istifadə edə bilərsiniz. Həm taxta, həm də gümüş və ya qızılı rəng
aksessuarlarla uyğunlaşır. Divarları ağ rəngə boyanmış, ağ divan-kreslo
ilə bəzənmiş salonda rəngarəng kiçik aksessuarlardan istifadə edərək
modern dekorasiya əldə edə bilərsiniz.
 
Dəbdən düşmür
İldən-ilə
trendlər dəyişsə də, ağ rəng heç vaxt dəbdən düşməyəcək. Dekorasiyaya
çox pul xərcləmək istəmirsinizsə, ağ rəngə üstünlük verin.
 
Dinclik verir

rəng insanı dincəldir, sakitləşdirir. Ona görə də yataq otağı üçün
uyğun hesab edilir. Uşaq otağını da ağ rəngə boyamaq məsləhətdir.
 
Məkanı böyük göstərir
Xüsusilə,
kiçik otaqları ağ rəngə boyamaq və bu rəngdə olan aksessuarlarla
bəzəmək lazımdır. Çünki ağ rəng otağı olduğundan daha böyük göstərəcək.
Daha yaxşı nəticə üçün otağa çoxlu güzgü asın və ya divarlardan birini
başdan-ayağa güzgü ilə örtün.
 
Zadəgansayağı üslub
Ağ rəngə boyanmış otaqları şıq aksessuarlarla bəzəyərək dəbdəbə ilə sadəliyi birləşdirə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!