Mənzilinizdə romantik abu-hava

Mənzilinizdə romantik abu-hava
Əl işləri - Dizayn
10.09.2017 31
Boş zamanlarımızda "nə edə bilərəm?” deyə düşünürmək çoxlarına tanış hissdir. Film izləmək,kitab oxumaq, ailə ilə vaxt keçirmək və s. ilə yanaşı evdə keçirdiyiniz zamanı faydalı və əyləncəli keçirmək istəyənlərə tövsiyyə ideyamız var. Ətrafınıza baxın. İstifadə etmədiyiniz şüşə butulka və ya güldandan mənziliniz üçün dekor kimi istifadə edə biləcəyiniz unikal əşyalar yarada biləcəyinizi ağlınıza gətirərdinizmi? İnteryer dizayneri Ləman Hüseynli isə bizimlə bərabər ev şəraitində tez bir zamanda romantik görünüşlü şamdan hazırladı.

Bunun üçün bizə şüşə stəkan, ağ güpur və ağ muncuqlar lazım olacaq. Əvvəlcə Ləman şüşə stəkanın üzərinə ağ rəngdə güpürü yapışqanla yapışdırdı. Daha sonra güpürün üzərindən onun naxışlarına uyğun xətt boyu ağ rəngdə muncuqlar yapışdırdı.

Şəkildən də göründüyü kimi çox sadə və qısa vaxta hazırlanan şamdan mənzilinizə romantik ab- hava bəxş edəcək. Şamdanın içinə isə zövqünüzə uyğun rəngli və digər dekar əşyalarına uyğun xüsusi qoxu yayan şamları yerləşdirə bilərsiniz.

Hazırladı: Gülnar Məmmədova

Foto: Orxan Süleymanlı




 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!