Lazımsız ev əşyalarından hazırlanan dekor

Lazımsız ev əşyalarından hazırlanan dekor
Əl işləri - Dizayn
10.09.2017 57
İnteryer dizayner Ləman Hüseynli bu dəfə sizə lazımsız hesab etdiyiniz əşyalardan mənzilinizə kreativ dekor əşyası düzəltməyi təklif edir.

Əgər evinizdə lazımsız içki şüşəsi və ya istifadə etmədiyiniz güldan varsa, onu göz oxşayan dekorativ əşyaya çevirə bilərsiniz. Bunun üçün sizə hər hansı formada içki şüşəsi, kəndir, rəngli sprey və qaşlar lazım olacaq.

Öncə içki şüşəsinin üzərinə yuxarıdan aşağıya doğru kəndiri  dolayın. Kəndiri dolamağa başladığınız və bitirdiyiniz yerə yapışqan vurun. Sonra kəndirin üzərini istədiyiniz rəngdə spreylə rəngləyin. Bundan sonra isə kəndirin aralarına zövqə görə qaşlar və ya digər aplikasiyalar yapışdıra bilərsiniz. Hazır olan bu kreativ dekor əşyasını mənzilinizdə interyerə uyğunluğundan asılı olaraq istədiyiniz yerdə istifadə etmək olar.

 

Hazırladı: Gülnar Məmmədova

Foto: Orxan Süleymanlı




 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!