Novruzda 15 fərqli yumurta bəzəmə ideyası (1. hissə)

Novruzda 15 fərqli yumurta bəzəmə ideyası (1. hissə)
Əl işləri - Dizayn
10.09.2017 33
Təbiətin, həyatın yenidən canlanması yazın gəlişilə başlanır. Azərbaycan xalqı bunu təntənəli bayramı Novruzla qeyd edir. Evlərdə ana və bacılar toplaşıb biri-birindən ləzzətli milli şirniyyatlarımızı bişirir, süfrələri min bir ləziz cərəz və təamlarla bəzəyirlər.

Əsrlərdir bolluq və məhsuldarlıq rəmzi olan yumurta hələ də Novruz süfrələrinin ən çox sevilən dekorudur. Yumurta boyama sənəti bu bayramın ən maraqlı adətlərindəndir. Həm böyük, həm uşaqlar üçün maraqlı olan yumurta boyama sənəti  fantaziyadan asılı olaraq möhtəşəm ideyalar yaradır. Bu gün onları fərqli naxış, ornament və materiallardan istifadə edərək bəzəyirlər.

Sulu boya, sirkə, qalka, ipək və müxtəlif əşyalarla məzəli, al-əlvan yumurtalar hazırlamaq mümkündür.  Yumurtanın üzərini müxtəlif  gül-çiçək motivləri ilə, həndəsi və nəbati naxışlarla, muncuq və saplarla, uşaqlarınızın sevdiyi çizgi filmi qəhrəmanlarının, komikslərin obrazı ilə rəngləyə bilərsiniz. Oxucularımıza bayram qabağı ideya zənginliyi yaratmaq məqsədilə aşağıda seçdiyimiz 30 fərqli yumurta bəzəmə şəklini ev şəraitində hazırlanmasını təklif edirik. Uşaqları bu məşğuliyyətə cəlb etməyi unutmayın!

 

Hazırladı:  Mənsurə Məmmədəliyeva




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!