Əl işləri

Əl işləri
Əl işləri - Dizayn
10.09.2017 67
Evdə çox praktik vəsaitlərlə edə biləcəyiniz 5 dənə üzük tərifimiz var. Mövsümün ən yen dəbi olan burğu üzüklə başlayaq.
Köhnə, nizamlana biləcək (barmağınıza görə sıxışdıra bildiyiniz) üzüklərinizin daşlarını çıxardıqdan sonra qayçı ilə arxadan qollarını ayıraraq qıvırın. Burğu muncuqların arxasına yapışqan sürdükdən sonra qıvırdığınız uclara yapışdırın. Ortadakı muncuğun bir az daha geridə dayanması lazım olduğunu xatırladaq.
  
Çox asan düzələcək bir model daha! Bunun üçün rəngli elektrik kabellərini belə istifadə edə bilərsiniz. Yalnız əyrək istədiyiniz kimi edin. Bu üzüyün ən gözəl yanı bir neçə dənə üzüklə birlikdə möhtəşəm şəkildə kombinasiyalar meydana gətirə bilməsidir... Buna görə bir dənə hazırlamaqla kifayətlənməyin!
  
Bu modeli ayaq üzüyü olaraq da istifadə edə bilərsiniz. Köhnə sadə üzüklərinizə həyat verin. Ayaqqabı bağcığı, köhnə saç bantlarınızdan, parça artıqlarından istifadə edin... Yalnız üzüyün üərinə qoyacağınız fiquru düzəltmədən əvvəl yapışqanlamaq daha məsləhətlidir. Beləcə düyün əsla dağılmaz.
  
Son zamanlarda hər yerdə satılan incə üzüklərin arasına istifadə etmədiyiniz bir zəncir keçirərək çox qəşəng bir model yarada bilərsiniz. Barmağınızı rahatca hərəkət etdirə biləcək qədər uzun bir zəncir olmalıdır. Bu modeli fərqli barmaqlara ilişə bilən çoxlu bir üzük etmək üçün də istifadə edə bilərsiniz. Zənciri yuxarı-aşağı deyil, yanlara doğru etməniz yetərlidir.
 
Bir yerlərdən qalan və istifadə edilməyən qəpiklər çıxırsa qiymətləndirək. İstədiyiniz dırnaq boyası ilə qəpik pulları rəngləndirin, daha sonra yapışqanla yeniləmək istədiyiniz üzüyə yapışdırın. Bu modeli düymələrlə də yarada bilərsiniz.
 
***************
Eviniz üçün əsla istifadə etməyəcəyiniz göpurları qiymətləndirin. Bütün paltarlarınıza bunları əlavə edə bilərsiniz. Bu nostalgiya kimi tanınan dəb şortlarda daha cazibədar olmağa kömək olacaq.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!