Mətbəxinizi dekorasiya edək?

Mətbəxinizi dekorasiya edək?
Əl işləri - Dizayn
10.09.2017 78
İstər yemək hazırlamaq üçün olsun, istərsə də təmizlik işləri üçün - evdar xanımlar mətbəxdə çox vaxt keçirir. Elə buna görə də daha az əsəbi olmaq və yemək hazırlamaqdan həzz almaq üçün mətbəxinizin gözünüzə gözəl görünməsi lazımdır.
Mətbəxinizi səliqəyə salmaq və onu gözəlləşdirmək üçün heç də sərvət xərcləməyə gərək yoxdur. Sizə bir neçə kiçik sirr verəcəyik. Əvvəlcə, mətbəxinizi özünüzün daxili dünyasına, öz məninizə görə dekorasiya etdiyinizdən əmin olun. Musiqini sevən birisinizsə, o zaman mətbəxiniz də sizin kimi dinamik olmalıdır. Mətbəxinizin bir küncündə isə səsucaldana yer ayırmalısınız. Beləcə, yemək hazırlayarkən rahatlıqla musiqi dinləyə bilərsiniz. Canlı, rəngarəng xarakteriniz varsa, mətbəxinizin yorğun aurasından canınızı qutarmaq üçün dekorasiyada rəngarənglikdən istifadə edə bilərsiniz.  
Mətbəx dekorasiyası müzakirə mövzusudursa, edə biləcəyiniz çox şey var. Ağ təravətli və neytral rəngdir. Bu tip rənglərlə mətbəxinizi boyanın. Mətbəx pəncərəsini dekorasiya etmək istəyirsinizsə, ilk olaraq parlaq rəngli pərdələr alın. Mətbəx pəncərənizin çöl tərəfinə saxsı dibçəklərdə çiçək qoya bilərsiniz. Beləcə, mətbəxiniz şənlənər.
Mətbəxinizdə pəncərənin yanına taxtadan oturacaq hazırlaya və üstünə döşək də ata bilərsiniz. Bura sizin qəzet oxumaq, səhərlər qəhvə içmək və kitab oxumaq kimi məşğuliyyətlərinizi rahatlıqla edə biləcəyiniz sevimli küncünüzə çevriləcək. Mətbəxiniz belə daha yaradıcı görünəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!