Ilaxir çərşənbə və Novruz Falları

Ilaxir çərşənbə və Novruz Falları
Faydalı məsləhətlər
10.09.2017 126
 Yumurta və karandaşlar.


 Axır çərşənbə günü ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir, əgər qara çəkilibsə yerinə yetməyəcək.



***

 Duzlu kökə yemək.

 Axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda sənə içməyə kimsə su verir. İnanclara görə həmin su verən adam yuxu görənin qismətidir.



***

 Neçə yaşında gəlin köçəcəksən?

 Axır çərşənbə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparib, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.



***

 Sevgilinin adı. 

 Paltara sap ilişəndə onu burub şəhadət barmagına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq. 



 Alma falı. 

 Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.



***

 Xeyir-Şər. 



 Ürəyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir”, "şər” deyib sayırsan. Əgər axırıncı çöp "xeyir” olarsa, məqsədinə çatacaqsan. "Şər” olarsa, ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən

 

 

 ***

 Başmaq falı.

 Axır çərşənbə axşamı qız ayağının sağ başmağını tutub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qız bu il nişanlanacaq.



***

 Sap falı. 

 Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə



 Stəkan falı

 2 stəkan götürülür. Stəkanlardan birini seçib arzu tutursan başqa biri də stəkanların ikisindən birinə su tökməlidir. Əgər suyu arzu tutub seçdiyin stəkana tökərsə arzun yerinə yetəcək.

 

Novruz bayramı təkcə şirniyyat və
yazın gəlişinə görə deyil, maraqlı və əyləncəli fallarına görə də çox
sevilir. Novruz falları axır çərşənbədə subay qızlar tərəfində edilir.
Bütün qızlar bir yerə toplaşır və maraqlı bir gecə təşkil edirlər. Təbii
ki, o vaxtlar texnalogiya inkişaf etməmişdi, heç bir əyləncə məkanı
fəaliyyət göstərmirdi. Gənclər isə vaxtı nə iləsə doldurmalı idi.
Səməni, alma, güzgü, yumurta, duzlu kökə və digər fallar qızları
əyləndirə bilirdi. Oğlanlar isə qapıya papaq atmaqla bayramı daha şən
keçirə bilirdilər. Fallara marağı olan qızlar yazını mütləq oxusun.
Bəlkə də gələcək həyat yoldaşının kim olduğunu müəyyən etmək oldu...



Novruz
bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq
lazımdır. Əgər səməni göyərərsə niyyətin çin olacaq deməkdir.



Bayram
günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək
lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Və yaxınlaşdıqda evə
əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.



Axır
çərsənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər
baxdıqda yumurtanın üzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara
cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum 4 il
üçündür.



Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam
götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa, o qədər
damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı yazılır.



Axır
çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb,
nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən
keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə
dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.



Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.



Bayram günü ürəyində 1 arzu tutub səhərə qədər yatmırsan. Və ürəyində tutduğun arzu 5 ildən sonra gerçəkləşməlidir.



Bayram
günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq lazımdır.
Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.



Yaxın
adamın məclisindən bir neçə şirni götürüb, yatanda başının altına
qoyursan. Üç gün keçəndən sonra öz qismətini yuxuda görəcəksən.



Axır
çərşənbədə alma yeyirlər, gece isə həmin almanın toxumlarını sayırlar.
On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda
qismətini görürsən.



Axır çərşənbədə nişanlanmış qızın nişanlısı
tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə duyun
vurub qıza verirlər ki, açsın. Qız aca bilsə, deməli, oğlan onu çox
istəyir. Əgər aça bilməsə, deməli, əksinə.



Bu fala da ilin axır
çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç
kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin
güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun
xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir.
Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.



Ürəyində bir niyyət
tutursan və naməlum sayda çöpləri düzüb, "xeyir”, "şər” deyib sayırsan.
Əgər axırıncı çöp "xeyir” olarsa, məqsədinə çatacaqsan. "Şər” olarsa,
ürəyində tutduğun arzuya nail ola bilməyəcəksən.



Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.



İlin-ayın
axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar
sudan "lal su” gətirilir. Buna ona görə "lal su” deyirlər ki, bu suyu
gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib
evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər
qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam
tərəfindən müşayiət oluna bilər).



Suyu qaba tökəndən sonra iki
iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini
oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən
üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən
mülahizələr söyləyirlər.



Qovuşacaq adamlarda iynələr müxtəlif
səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər.
Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə
qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli,
su "lal su” deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa,
"a” deyə səs çıxarmışdır.



Qapı pusmaq



Axır çərşənbə günü,
yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını kirimişcə
pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü
yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir
ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab
olunur). Məsələn, ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və
s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, "söndü”, "viran
qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.



Qeyd:
Arvadxasiyyət bir kişi qulağa durmaqla qonşusunu boğaza yığıbmış. Bir
gün (həmin "fal açılan” gün) qonşu görür ki, həmin kişi sakitcə
pəncərənin qabağından keçdi. Qonşu hiss edir ki, o yenə qulağa
dayanacaq. (Qapı pusmanı adətən qadınlar icra edərlər). Onun bu
xasiyyətindən təngə gəlmiş qonşu, adəti pozub deyir:



- Əşi, bu
soba zəhrimara qalmış sönüb, elə sönülü də qalacaq! Bir an keçmir ki,
həmin kişi pəncərənin qabağından çox qanı-qara keçir...



Duzlu kökə yemək



Axır
çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu
kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür:
içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin
qismətidir.



Qeyd: Bir qızı iki oğlan sevirmiş. Bu falı yoxlamaq
üçün həmin qız həmin bayramda duzlu kökə bişirib yeyir. Gecə yuxuda
oğlanlardan biri ona su verir. Qız içir. Lakin susuzluğu keçmir. Yenə
"su, su” deyir. Bu vaxt o biri oğlan su verir... Belə çıxir ki, qız
onların iksinə də ərə getməli idi...



Deyilinə görə həmin qız ona
birinci olaraq su verənə ərə gedir. Lakin hansısa qəzadan həmin qənc
həlak olur. O biri oğlan dul qalmış qız ilə evlənir.



Çərşənbə
axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib
gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü
niyyətlərinə görə yozarlar.



Balığın çanaq sümüyünü övlad gözləyən
gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından
atırlar. Arxası üstə düşərsə, qız, üzü üstə düşərsə oğlan olacağı
gözlənilir.



İIlin axır çərşənbə günü niyyət tutub bağa getmək
lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, səhərəsi gəlib
görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.



İlin axır
çərşənbə gecəsi ürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını
təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına
baxırsan. Görürsən ki, daşın altında ot bitib.



İlin axır çərşənbə
axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab
həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su
təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.


 

 

P.S. Mən ilk dəfə universitetə qəbul ili qəbul olub, ola bilməyəcəyim niyyəti ilə qulaq falına çıxmışdım :09:  Qulaq falında qonşumuzgilin gülməsindən başqa bir şey eşitmədim və inandım ki, gülmək xeyirə işarətdir. Həmin il, yəni 2011-də mən universitetə qəbul oldum))
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!