Qatığın faydalı xüsusiyyətləri

Qatığın faydalı xüsusiyyətləri
Faydalı məsləhətlər
10.09.2017 23
 Hər kəsin qida məhsulu kimi tanıdığı qatığın bir çox faydalı xüsusiyyətləri var. O, ilk növbədə həzmi asanlaşdırır, dişdə daşların əmələ gəlməsinin qarşısını alır. Süddə olan laktoz maddəsi, qatıqda laktik turşuya çevrildiyindən, süd içə bilməyənlər lazımi maddələri əldə etmək üçün qatıqdan istifadə edə bilərlər.
Qatıq vərəm xəstəliyinə qarşı təbii antibiotikdir, orqanizmi xərçəng, mədə-bağırsaq xəstəliklərindən qoruyur, eyni zamanda dəriyə parlaqlıq verir.
Bir çox mütəxəssislər bildirirlər ki, qatıq, xəstəlik və infeksiya ilə mübarizədə rol oynayan T hüceyrələrini daha da fəallaşdırır.Tərkibindəki faydalı bakteriyalar isə mikroblarla mübarizə apararaq, immunitet sistemini gücləndir.
Vyana Universitetinin alimlərinin apardığı araşdırmalara görə, gün ərzində 3-4 boşqab qatıq yemək immunitet sistemi üçün əvəzsiz rol oynayır.
Türkiyə alimlərinin apardıqları araşdırmalara görə isə, qatıq yemək insanı radiasiyadan qoruyur. Mütəxəsisslər mobil telefon, kompyuter, televizor və s. radiasiya yayan cihazlardan gün ərzində çox istifadə edənlərin hər gün iki stəkan qatıq yemələrini məsləhət görür. Araşdırma aparan alimlərin sözlərinə görə, qatığın bədəndə olan zərərli maddələrin ifraz edilməsində əhəmiyyətli rolu var. Qatıq yalnız radiasiyadan qorumaq üçün yox, həm də radiasiyaya məruz qaldıqdan sonra zərər görən hüceyrələrin və toxumaların bərpası üçün də çox faydalıdır.
Qatıq, həm də, orqanizmdə kalsium və proteinin miqdarını da yüksəldir. Daha çox isə evdə mayalanmış qatıqdan istifadənin uyğun olduğu göstərilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!