Mətbəxdə həyatınızı asanlaşdırın

Mətbəxdə həyatınızı asanlaşdırın
Faydalı məsləhətlər
10.09.2017 34
Bu təkliflər mətbəxdəki işinizi asanlaşdıracaq

Mayonez hazırlama

Mayonez hazırlayarkən əgər sous kəsilsə, bir yumurta sarısını 2-3 damla sirkə ilə çırpın və kafi miqdarda zeytunyağı ilə tündləşdirin. Bu qarışığı kəsilən sousa çırparaq yedirin.

Yeməyinizin duzunu çox qaçırınca

Qazana bir neçə parça çiy kartof atın. Çox duzu çəkəcəkdir.

Kartof bişirərkən

Bişirmə suyuna bir qaşıq sirkə qoyun. Həm rəngi sapsarı qalar, həm daha ləzzətli olar.

Pomidor qabıqları

Pomidorun qabığını asan soymaq üçün, qaynar suya salıb, bıçaqın tərsini pomidorun üzündə ağır gəzdirin.

Qəhvə nəmli isə

Qəhvənin nəm götürdüyünü fərq etsəniz, qəhvə dolu qabın içinə 1-2 dənə kəsmə şəkər qoyun.

Soğan soyarkən

Soğan soyarkən gözlərinin yaşarmaması üçün soğanı içi su dolu bir tasın içində soyun.

Soğan qoxusu

Əvvəldən qaynatdığınız kartofu mətbəxdəki işiniz bitincə əlinizə sürərək ovuşturun. Bu işləmə beş dəqiqə qədər davam edin. Əllinizdəki soğan qoxusunu alıb aparacaq.

Tərcümə etdi: Günay Əliyeva

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!