++++++++Faydalı və Praktik Məlumatlar

++++++++Faydalı və Praktik Məlumatlar
Faydalı məsləhətlər
10.09.2017 30


RƏNGLİ KÖYNƏKLƏRİN CANLI OLMASI ÜÇÜN NƏ ETMƏLİ?


Rəngli köynəklər yuyunmadan əvvəl iki saat sirkəli suda buraxılsa rəngləri canlı olar.



ÇATLAYAN AYAQQABILAR


Çatlamalarını önləmək üçün zeytunyağı və ya vazelin sürtün. İstilik çatlamalarına səbəb olacağı üçün sərin yerdə saxlayın.



SARALMIŞ MƏRMƏRLƏR NECƏ TƏMİZLƏNİR?


Mərmərin can düşməni isti ütü, qazan kimi əşyanın üstünə qoyulmasıdır. Saralmış mərmərlər üçün ən yaxşı ağartma yolu bol duzlu limon suyuyla ovmaqdır. Ovulan mərmər durulanıb pambıqlı bir bezlə parladılsa ilk günkü halına dönəcək.



 ALDIĞINIZ PLASTİK VƏ ŞÜŞƏ ƏŞYALARIN NİŞANLARI ÇIXMIRSA NƏ ETMƏLİ?


Etiketin üzərinə yeməli marqarin sürün və 15 dəqiqə gözlədin . Bir bez ilə ovalayıb yuyun. Üzərində heç bir ləkə və çəkilmə meydana gəlməyəcək.



SPORT AYAQQABILAR


Benzinə batırılmış , köhnə diş fırçasıyla təmizləyin.



TOZ BEZLƏRİ


Əgər toz bezləri sildiyiniz səthə toz buraxırsa hər toz alışınızdan sonra durulama sununa bir miqdar qliserin qoyun . Bir daha ki səfərə toz beziniz toz buraxmayacaq.



TÜL PƏRDƏNİZİ NECƏ YUMALISINIZ?


Tül pərdənizi əsla isti suda yumayın. Paltar maşınınızın pərdə və ya (həssas parça)

proğramını istifadə edin.



ÜST ÜSTƏ QOYULAN STƏKANLAR ÇIXMIRSA NƏ ETMƏLİ?


Üst üstə qoyduğunuz stəkanlar yapışıb çıxmırsa bir ləyənin içərisinə qoyun. Üstdəki stəkanın içərisinə buz qoyub ləyənin içərisinə yavaş yavaş isti su qoyun. Stəkanların asanca çıxdığını görəcəksiniz.



Tərcümə etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!