Ev alarkən nələrə diqqət yetirməliyik?

Ev alarkən nələrə diqqət yetirməliyik?
Faydalı məsləhətlər
10.09.2017 22
Uzun illər boyunca xəyalini qurdunuz; bunun üçün işlədiyiniz  və ən nəhayət ev ala biləcək tutuma çatdınız. Yaxşı ev alarkən hansı faktorlara diqqət yetirməniz lazımdır? İç Məkan Dizaynçısı & Feng Shui Eksperti Dilək Dəmirçi, bir ev alarkən nələrə diqqət yetirilməsi lazım olduğunu bizlər üçün izah edir.

Ev sahibi olmaq hər kəsin arzusudur. Ev almağa qərar verdiyinizdə əvvəlcə qonşularınızın kimlər olacağını araşdırın. Nə demişlər "ev alma, qonşu al"

Sonra evinizin  mövqeyi, dairənin böyüklüyü, mənzərəsi, otaq sayı, təhlükəsizlik vs. kimi bir çox mövzuda ailəcək bəzi meyarları başdan təyin etmək doğru olacaq. Seçimlərinizi daha rahat görməniz üçün bir siyahı yaratmanızı təklif edirəm. Sizin və ailənizin bütün ehtiyaclarını nəzərə alın. .

Evinizin sizi dəstəkləyən mövqedə olması, ətrafdan istədiklərinizi almanıza dəstək olacaq.  Ya da önlənməsi mümkün bəzi hadisələri əvvəldən bilmənizi və ona görə tədbir görmənizi təmin edəcək.

Xüsusilə evinizin ətraf analizi əhəmiyyətlidir. Yeni bir ev və ya torpaq satın almadan əvvəl bəzi xarici şərtlərin sizin doğum tarixinizlə uyğunlaşma içində olub olmamasına diqqət yetirilməlidir.

Satın almağı planladığınız məkanın ətrafındakı dik göydələnlər , evinizi kölgələyən yüksək binalar, evinizin girişindəki bir təpə,yıxacın sıx axışı bəlkə də məqsədlərinizə çatmada sizi çətinə salacaq enerjilər meydana gətirəcək.

Yeni evinizi seçmədən əvvəl etdirəcəyiniz araşdırmalar həyatınıza müvəffəqiyyət gətirəcək.



Tərcümə Etdi:
NİGAR_CAVAD

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!