Limonun faydasi

Limonun faydasi
Faydalı məsləhətlər
10.09.2017 79
 
Limon C vitamini başda olmaqla, A və B vitaminləri ilə zəngindir. Limon bədəni qüvvətləndirir, iştahanı açır.
Limonun həm də həzmi asanlaşdırmaya, damar kirəçləşməsi və sərtliyə faydalıdır. O, həm qanı təmizləyir, həm də onun dövranını asanlaşdırır.



Bu turşməzə bitki soyuqdəymə ilə mübarizədə də xeyirlidir. O, soyuqdəymə, qrip, öskürək əlamətlərini azaldır, mikrobları məhv edir. Belə ki, rahatladıcı təsirə malik olan limon bədəndəki ağrıları yüngülləşdirir, qızdırmanı və təzyiqi salır, ürək bulanması və baş gicəlləməsini azaldır.



Limonun ağız boşluğunun sağlamlığına da təsiri az deyil. O, diş və dişətlərini qüvətləndirir, dişləri ağardır.



Bəs bu qədər dərdə dərman olan limonu neçə istifadə etmək lazımdır? Limon daha çox salat və yeməklərdə istifadə olunur. Onun yalnız meyvəsindən yox yarpağı, qabığından da faydalanmaq olar. Qabıqları suda qaynadılıb içildikdə, bədəni qüvvətləndirir və qurdların tökülməsinə kömək edir. Limon suyu ilə qarqara ağız, boğaz və badamçıq iltihabında xeyirlidir. İçərisinə limon sıxılmış su ilə duş qəbul etmək qan dövranını sürətləndirir və dərini canlandırır.



Möcüzəvi bitki olan limonun kosmetik faydaları da həddindən artıqdır. Onunla hazırlanan maskalar dərini təravətləndirir, təmizləyir.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!