++++++++Soyuducunu tənzimləmənin incəlikləri

++++++++Soyuducunu tənzimləmənin incəlikləri
Faydalı məsləhətlər
10.09.2017 14
Mətbəxdə həyatımızı asanlaşdıran əşyalar olmasaydı nə edərdik? Soyuducudan tam performans ala bilmək üçün yeməklərin növünə görə yerləşdirmə edilməlidir.

Üst rəf

Soyuducun ən üst rəfində pendir, bişmiş yemək,ət və balıq yerləşdirilməlidir. Dondurucunun altında olduğu üçün digər qatlara görə daha soyuqdur və qidanların təzəliyini qoruyar. Yeməklərin ağızını bağlayaraq üst rəfdə 3 gün boyunca saxlaya bilərsiniz. Əlbəttə ki ən doğrusu yeməyi saxlamadan, təkrar istilətmədən yeməkdir.

Orta rəflər

Süd, qatıq, krem kimi süd məhsulları soyuducunun orta rəflərinə yerləşdirilməlidir. Açılmış paketlər ən çox 4 gün xarab olmadan saxlana bilər.

Tərəvəz və meyvələr

Çiyələk, böyürtkən kimi meyvələr  cəfəri, şüyüd kimi yaşıl yarpaqlı tərəvəzlər  üçün nəzərdə  tutulmuş gözdə saxlanmalıdır. Həssas meyvə və tərəvəzlər olduqlarından tərəvəz bölməsində xarab olmadan 3 gün saxlana bilər.

Banan, mango, portağal, naringi kimi meyvələri soyuducunda saxlamaq məcburiyyətində deyilsiniz. Açıq rəfli meyvəlik rəflərdə ya da nəmdən uzaq şkaf içlərində saxlaya bilərsiniz.

Xiyar və bibər kimi sulu tərəvəzlər çox qısa müddətdə xarab olacaqları üçün soyuducuda ən çox 2 gün saxlanılmalıdır. Ən doğrusu yeyəcəyiniz qədər almaqdır.

Qapısındakı rəflər

 Yağ, marqarin, yumurta, cem, içkiləri saxlamaq üçün qapısındakı rəfləri istifadə edə bilərsiniz. Burada diqqət yetirməniz lazım olan nöqtə isə qapı açılıb bağlandığında rəfdəki vəsaitlərin yaxşıca sabitlənmiş olmasıdır.

Soyuducunun məhsuldarlığını artırmaq üçün içi buz dolu bir kasanı rəflərdən birinə yerləşdirə bilərsiniz. Soyuducuya çox isti yemək qoymaq daha çox enerji istifadəsinə.



Tərcümə Etdi:
NİGAR_CAVAD

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!