Geyimlərinizi ütüləmək heç bu qədər asan olmamışdı !

Geyimlərinizi  ütüləmək heç bu qədər asan olmamışdı !
Faydalı məsləhətlər
10.09.2017 97
 
Səhər  ütüləməklə günə gözəl başlamanın çox da yaxşı
bir yolu olduğunu
deyilə bilmərik. Ütülərin öhdəsindən
gəlmə mövzusundakı
ipuclarımızdan ilham alın, ütülənilməyi gözləyən paltar yığınlarından xilas olun!
İşinizi asanlaşdırmaq üçün
- Qırışıqlıqları aradan qaldırmaq
üçün sprey məhsullardan faydalana bilərsiniz. Beləcə ütü üçün ayırdığınız zamanı azalda bilərsiniz.
- Yuma bitər bitməz paltarları maşından çıxarıb asın. Beləcə paltarların qırışmasına böyük miqdarda maneə
törətmiş olarsınız. Həmdə paltaryuyan maşında qısa proqram
seçməniz də qırışıqlıqları
azaldacaq.
- Təmiz geyimləri quruduqdan sonra səbətdə saxlasanız paltarların daha çox qırışmasına səbəb olacaq.
- Sərt qırışıqlıqları, ütüləniləcək paltarın
üzərinə nəmli bir bez qoyaraq
aça bilərsiniz.
- Paltarları ütünün tələb etdiyi istilik nizamına görə qruplaşdıra bilərsiniz. Beləcə
ütünün istiliyini nizamlamaq üçün vaxt itirmədən işinizi qısa müddətdə bitirə
bilərsiniz.
- Ütünün
paltarlar üzərində sürüşməsini təmin etmək üçün sürüşkən zəminli bir ütü masası örtüyü seçim edə bilərsiniz.
- İncə və tünd rəng parçaları, tərs çevirərək ütüləyin. Ayrıca bu tərz parçaları seçərkən doğru
istiliyi seçdiyinizdən əmin olun. Bu tərz bir üsulla parçanın parıldamasına maneə törədə
bilərsiniz.
Sintetik: Sintetik parçaların yanmasına maneə törətmək üçün mütləq
aşağı istilik nizamında ütüləyin.
İpək: İpəkləri
ütünü vurmadan əvvəl buxar ver'r'k, sonra da
 soyuq ya da ilıq ütü ilə üzərindən keçərək ütüləyə bilərsiniz.
Kətan: Kətanları yüngül nəmliyk'n ütüləyə bilər
ya da quruduqdan sonra üzərlərini yüngül nəmləndirərək ütüləyə bilərsiniz.
Məxmər:Məxmərləri tərs üzlərinə nəmli bir bez qoyaraq ütüləyə bilərsiniz.
Yun: Yun geyimlərin parıldamasını maneə törətmək üçün üzərlərini nəmli bir bezlə
bağlayaraq ütüləyə bilərsiniz.
Ütüsüz
bir parça ola bilərmi?
-
Yeni geyimlər almaq
üçün ütü tələb etməyən, qırışmayan parçalar seçsəniz ütü dərdindən xilas ola bilərsiniz.
- Paltarları yuyunar yuyunmaz asın. Ayrıca düymələri
düymələyib, geyimin əsas şəkli nədirsə ona görə assanız
geyimləriniz quruduğunda əvvəlkinə nisbətlə daha az qırışıqlıq
qaldığını görəcəksiniz.
- Ütülədiyiniz geyimlər şkafda
təkrardan qırışırsa duş almadan
əvvəl geyiminizi duşda düz bir şəkildə asqıya
asın. Duşunuzun buxarı qırışıqlıqların həll edilməsini təmin edəcək
ütüləniləcəkləri azaltmanın bir başqa yoludur.
Ütü baxımı.
Sintetik bir geyimi ütülərkən
yandırdınız və qopan parça ütünün altlığına yapışdı.
Nə etməlisiniz?
- Əvvəlcə
ütünü isti nizama gətirə bilərsiniz. Sonra qalın
bir kağızla yapışan parçanı təmizləməyə çalışın. Əgər ütünün soyumasını gözləsəniz təmizləməsi çox cətin olacaq. Ütü
soyuduqdan sonrasa
yaş bir bezlə altlığını əlinizi yandırmadan təmizləyə bilərsiniz.
- Ütü
altlığındakı çətin ləkələri ağ
diş pastası və nəmli bez köməyiylə çıxara
bilərsiniz.
- Buxarlı ütülər öz özlərini təmizləyə
bilmədiklərindən ütü suyu ilə təmizləyə
bilərsiniz.
- Əgər
ütünüzü bütün baxımlarını etmənizə baxmayaraq yenə
problemdən qurtara
bilmirsinizsə suya bir
az rəngsiz sirkə qarışdıra
bilərsiniz.
 
 Tərcümə Etdi: NİGAR_CAVAD


 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!