Yayı mükəmməl və gözəl ayaqlarla qarşılayın

Yayı mükəmməl və gözəl ayaqlarla qarşılayın
Faydalı məsləhətlər
10.09.2017 26
Yazın yaxınlaşması ilə dolablardan çıxan ayaqqabılar, mükəmməl ayaqlar tələb edir.
Gözəl
ayaqlara sahib olmağın tək yolu, dırnaq boyası çəkməkdən ibarət deyil.
Xüsusən də yay aylarında, 15 gündən bir pedikürə getmək yetərli olmur.
Gün boyu vücudunuzun bütün ağırlığını daşıyan ayaqların daima qulluğa
ehtiyacı var. Onları həmişə formda və baxımlı olmasını təmin edir. 


Pedikür zamanı 
Ayaqları
həftədə bir dəfə 10 dəqiqə ilıq suda saxlayın. Suyun içinə bir neçə
damla bebe yağı tökün. Sudan çıxardıqdan sonra ayaqlarınızı dəsmalla
qurulayın. Ayaqların üstündəki ölü dəridən xilas olmaq üçün sərt
süngərlə ovun. Ayaqları yaxşı yaxaladıqdan sonra bol nəmləndirici çəkin.
Son olaraq da dırnaq ətlərini taxta çubuqla təmizləyin. Dırnaqlar
hazırdır və boya çəkə bilərsiniz. 

Təcili qulluq 
Çox
quru və qalın ayaq dərinin xilaskarı, limon suyudur. Limonu ortadan
ikiyə bölün. Topuqlara və digər sərtləşmiş yerləri bir dəqiqəyə yaxın
limonla ovun. Ayaqları yumşaltmaq və açıq sandaletlərə yaraşan bir hala
gətirmək üçün modellərin istifadə etdiyi bir üsul var. Gecə yatmazdan
əvvəl ayaqlara vazelin sürtün və yumşaq plastik folyo ilə bağlayın.
Üzərindən pambıq corab geyinib yatın. Səhər yuxudan durduqdan sonra
ayaqlarınız çox yumşaq olacaq. 

Müntəzəm qulluq 
Ayaqlarda
dərinin sərtləşməsinə mane olmaq üçün duş zamanı ayaqları ovun. Hər
axşam yatmazdan əvvəl nəmləndirici çəkin. Bunu diş fırçalamaq kimi
vərdiş halına gətirin. Çəkdiyiniz kremin xüsusilə ayaqlar üçün
hazırlanmış olmasına diqqət edin. 

Rəng 
Qaralmış
dəriyə ən çox yaraşan ayaq boyaları, əlvan rənglərdir. Əllərinizə də
boya çəkən zaman ayaqlarınızdakı rənglə eyni olmasına fikir verin.
Ayaqlara sədəf və ya parıltılı boya çəkmisinizsə, əllərinizə mat tonlar
çəkməyin. Eyni şey əksi üçün də keçərlidir. 

Qum terepiyası 
Yayda
qumsalda gəzmək, ayaqlara çox yaxşı təsir edir. Qum ayaqlardakı ölü
dərinin atılmasını təmin edir, eyni zamanda masaj təsiri də bağışlayır.

Dermatoloq ziyarəti 
Səhv
ayaqqabılar geyinməkdən ayaqlarda yaranan yaraların qabıqları düşdüyü
zaman qəhvəyi izlər qalır. Onları təmizləmək mümkün deyil. Belə halda
dermatoloqa gedib mikrodermabrazyon etdirə bilərsiniz. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!