Ayağınızı sıxan ayaqqabılarınızı genişlətmənin 5 yolu

Ayağınızı sıxan ayaqqabılarınızı genişlətmənin 5 yolu
Faydalı məsləhətlər
10.09.2017 300
Evdə geyinin
Ayaqqabınızı evdə olarkən qalın bir corabla geyinin. Bu
şəkildə evdə gəzərkən ayaqqabılarınız genişlənəcək. Eyni üsulu yeni
aldığınız ayaqqabılarınızı genişlətmək üçün də tətbiq edə bilərsiniz.

Donan ayaqqabılar
Ağızı
bağlanan bir paket alın və yarısına qədər su ilə doldurun. Paketin
axıtmadığından əmin olduqdan sonra ayaqqabınızın içinə bu paketləri
yerləşdirin, ayaqqabınızın harası dar gəlirsə oraya yerləşdirmənizi
məsləhət görürük, daha sonra ayaqqabılarınızı içindəki paketlərlə
dondurucuya qoyun. Suyun buz olmasını gözləyin. Ayaqqabının içindəki su,
buz olarkən genişlənəcək və beləcə ayaqqabınız da genişlənəcək. Daha
sonra ayaqqabıları dondurucudan çıxardın və evin içində bir az geyinin.
Amma bu halda ayaqqabıları geyinməzdən əvvəl corab geyinin, buzluqdan
çıxdıqları üçün soyuq olacaqlar.

Spreylə genişlətmə

Ayaqqabı
satan mağazalarda tapa biləcəyiniz genişləndirici spreyləri şüşənin
arxasındakı təlimatlara görə istifadə edə bilərsiniz.

Fen möcüzəsi

Qalın
corablarla ayaqqabılarınızı geyinin. Daha sonra feni ayaqqabılarınıza
(birbaşa olmayacaq şəkildə) yaxınlaşdırın və ayaqqabılar istiləndikcə
barmaqlarınızı içində oynadın. Soyuduqdan sonra hələ də ayaqlarınızı
sıxırsa əməliyyatı təkrarlayın.

Ayaqqabı qəlibləri

Ayağınızla
eyni nömrədə bir ayaqqabı qəlibi alın və kiçik gələn ayaqqabılarınızın
içinə qoyun. Lakin nəticəni hiss etmək üçün bir neçə gün gözləməniz
lazım olacaq.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!