Evə hopan siqaret qoxusu nece keçər?

Evə hopan siqaret qoxusu nece keçər?
Faydalı məsləhətlər
10.09.2017 15
Birinci təklif

Səhərlər oyana bilmək üçün istifadə etdiyiniz qəhvə, siqaret qoxusundan xilas olmanız mövzusunda da sizə köməkçi ola bilər. Tüldən bir neçə dənə kiçik kisə edin, içlərini qəhvəylə doldurun və evinizin müxtəlif yerlərinə, xüsusilə siqaret çəkilən sahəyə asın. Qəhvə evinizə hopan siqaret qoxusunu  yox edəcək və yerinə xoş, aromatik bir qoxu buraxacaq.

İkinci təklif

Mümkünsə evinizdə siqaret çəkilməsinə icazə verməyin, külqabıları dolu tutmayın. Əgər bu vəziyyətə əngəl ola bilirsinizsə, siqaret tüstüsünün dağılmasına maneə törədən külqabılarından istifadə edin və siqaret çəkilərkən pəncərələri açın. Pərdələri də açsanız, hava axının daha yaxşı olmasını təmin edə bilərsiniz.

Üçüncü təklif

Əgər evinizə siqaret qoxusu hopdusa, müraciət edə biləcəyiniz ən asan üsullardan biri də bir neçə dənə limon və portağal dilimləyib, siqaret çəkilən sahəyə yerləşdirməkdir. Ancaq dilimləri bir, ən çox iki gün sonra payladığınız yerlərdən toplamağa laqeyd yanaşmayın.

Dördüncü təklif

Əgər bir gecə əvvəl dostlarınızla evinizdə toplaşdınızsa və çox siqaret çəkildisə, sabahısı gün evinizin yaxınından keçmək istəməyə bilərsiniz. Bunun üçün sizə təklif edəcəyimiz həll olduqca sadə. Siqaret çəkilən sahəyə gecədən bir neçə kasa sirkə qoyun və qapını bağlayın. Bir gün sirkəli kasalar içəridə qalsın və sonra kasaları otaqdan çıxarın.

/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!