Qabyuyan maşınında nələr yuyulmaz

Qabyuyan maşınında nələr yuyulmaz
Faydalı məsləhətlər
10.09.2017 54
Çəngəl, bıçaq və qaşıq dəstələrinizin qabyuyan maşınında yuyula bilən xüsusiyyətdə olduğundan əmin olun.
 Əvvəlcə yumaq istədiyiniz əşya hər nə olursa olsun üzərində "Qabyuyan maşınında yuyulmağa uyğundur" işarəsinin olub-olmadığını diqqət edin və ya istehsalçısıyla məsləhətləşin.
Aşağıdakı materialların qabyuyan maşınında yuyunması uyğun deyil:
Taxta və sümük əşya: Qabyuyan maşınında taxta ya da sümük əsaslı bir əşya yuyulması vəziyyətində əşya çatlaya bilər ya da qırıla bilər və yapışdırılmış dəstək və qulplar yüksək istilikdə ayrıla bilər. Qabyuyan maşınına taxta məhsullar yerləşdirməniz təklif edilməməkdədir.
Plastik: Çəngəl bıçaq və qaşıq dəstələrinizin üzərindəki işarələrə baxaraq əşyalarınızın qabyuyan maşınında yuyula bilən olub olmadığını nəzarət edin.
Gümüş süfrə dəstələri: Gümüş süfrə dəstələriniz maşında yuyularkən bir-birləriylə ya da başqa metallarla təmas etmədiyindən əmin olun. Qab-qacaqlarınızı maşına yerləşdirmədən əvvəl yemək artıqlarından və xüsusilə gümüş əşyalarınızın paslanmasına yol aça biləcək turşulu qalıqlardan qab-qacaqlarınızı təmizləyiv.
Kristal və farfor: Yuma və yaxalama əməliyyatlarının həddindən artıq yüksək istilik dərəcəsində reallaşdırılması, qab-qacaqlarınıza zərər verərək rənglərinin solmasına niyə ola biləcəyi üçün həssas yuma proqramı seçin. Çəngəl, bıçaq və qaşıq dəstələrinizin qabyuyan maşınında yuyula bimə xüsusiyyətdə olduğundan əmin olun.
Şüşə mətbəx əşyaları: Yalnız qabyuyan maşınında yuyula bilən xüsusiyyətdəki qab-qacaqlarınızı maşında yuyun. Maşında zərər görə biləcək şüşə əşyalarınızı dəfələrlə maşında yuduğunuz təqdirdə, bu əşyalarınız şəffaf olmayan, donuq  bir görünüş ala bilər.
Şam, kimyəvi maddələr: Siqaret külü, şam artığı, boya, kimyəvi maddə vs. ilə çirklənmiş qab-qacaqları əsla maşında yumayın.
Dəmir Əşyalar: Dəmir, mis, alüminium tərkibli parçaları maşında yumayın. Paslana bilən və ya digər əşyalar üzərində ləkə buraxa bilər.
Qulpları yapışqan məhsullar: Qulpları yapışqan ilə yapışdırılmış köhnə model çəngəl-bıçaq dəstələri maşınında yuyulmağa uyğun olmaua bilər.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!