Suda boğulmalar zamanı ilk yardım

Suda boğulmalar zamanı ilk yardım
Faydalı məsləhətlər
10.09.2017 22
Çimərliklərdə, su hövzələrində ehtiyatsız davranış,
təhlükəsizlik qaydalarının pozulması suda boğulma hallarının yaranmasına
səbəb olur. Vaxtında, düzgün ilk yardım göstərməklə suda boğulanları
xilas etmək mümkündür. Suda boğulduqdan sonra ilk dəqiqələrdə
zərərçəkmişlərin 90% -ni, 6-7 dəqiqə sonra isə 1-3%-ni xilas etmək
mümkündür.




Suda boğulmaya çox vaxt  yorğunluq,  suya baş vuran zaman zədə alma,
sərxoşluq, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə
və s. səbəb ola bilər. 







Suda boğulmalar zamanı ölüm tənəffüs yollarının su ilə tutulması,
havanın ağ ciyərlərə daxil ola bilməməsi və nəticədə orqanizmdə oksigen
çatışmazlığı nəticəsində yaranır. Boğulmuş şəxsin dərisi göyərmiş olur,
ağzından və burnundan köpüklü maye gəlir.
 
Suda boğulanların xilas edilməsi və ilk yardım:
Yaxşı olar ki, suda boğulan şəxsə üzərək arxadan yaxınlaşasınız.
Çünki bəzən boğulan şəxsin təlaş içində qeyri-iradi sizdən tutması
işinizi çətinləşdirə, hər ikiniz üçün təhlükə yarada bilər. Zərərçəkənin
qeyri-iradi, təlaşlı hərəkətlərindən xilas olmaq üçün aktiv üsullardan
biri də onu suya batırmaqdır. Belə bir şəraitdə o, suyun üzərinə qalxmaq
üçün yardım göstərən şəxsi buraxmağa məcbur olur. Bundan sonra, yardım
göstərən şəxs suya baş vurmalı, boğulan şəxsi tapıb onun əlindən,
saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzərinə
qalxmalıdır. Bu zaman yardım göstərən şəxs sərbəst qalan əli və ayaqları
ilə intensiv hərəkət edib üzməlidir.






Boğulmuş şəxsi sahilə çıxardıqdan sonra onun vəziyyətindən asılı
olaraq ilk yardım göstərilməlidir. Əgər zərərçəkmişin huşu özündədirsə,
tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu başı aşağıya meyilli olmaq şərti
ilə arxası üstə quru, sərt matras üzərində uzatmaq, quru dəsmal və ya
əllə ovxalamaq və geyindirmək lazımdır. Zərərçəkmişə isti içkilər (çay,
kofe) verib isti adyalla üstünü örtmək lazımdır.
 






Əgər zərərçəkmiş sudan çıxarıldıqdan sonra huşsuz vəziyyətdədirsə,
amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başı aşağıya
meyilli olmaq şərti ilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini
irəliyə çəkmək lazımdır. Bundan sonra barmağınızla (yaxşı olar ki, cib
dəsmalını dolayıb) ağız boşluğunu qusuntu kütlələri, lildən təmizləyin
və zərərçəkmişi qurulayıb isidin.







 
Zərərçəkmişin
huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa tənəffüs
yollarını təmizlədikdən sonra ona süni tənəffüs verilməli, ürəyin qapalı
masajı aparılmalıdır.
Əlavə olaraq,  tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Bu
məqsədlə yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişi qarnı üstə
budunun üzərinə qoyub əli ilə onun kürəkləri arasındakı sahəyə güclü
şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməlidir.
Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir.
Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən
çıxandan sonra zərərçəkmişi xəstəxanaya aparmaq lazımdır. Təxliyə zamanı
zərərçəkmiş xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərti ilə
uzadılmalıdır. Bütün zərərçəkmişlər hospitalizə olunmalıdır. Əks halda,
sonradan ikincili boğulma adlanan kəskin tənəffüs çatışmazlığı, döş
qəfəsində ağrı, təngnəfəslik, öskürək, boğulma hissi, oyanıqlıq, nəbzin
tezləşməsi ilə təzahür edən ağırlaşma inkişaf edə bilər.
Düzgün davranışınız, cəld reaksiyanız bu cür hadisələr zamanı sizin
çətin vəziyyətlərdən asanlıqla çıxmağınıza, özünüzə və ətrafdakı
insanlara vaxtında və lazımi yardım göstərməyinizə imkan verəcək.
 
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!