Kiçik hamamların böyük həlli

Kiçik hamamların böyük həlli
Faydalı məsləhətlər
10.09.2017 40
1- Rənglərin dinclik verici təsiri: Açıq və soft rənglər, həm məkana daha geniş sahə hissi verəcək, həm də daha rahatlaşdırıcı bir təsir yaradacaq… Duşunuzda güclü, təəccüblü rənglər istifadə etməkdən qaçın. Arxa planda neytral, pastel rəngləri və ağ tonları istifadə edin. Aksesuarlarda və dəsmallarda və s. canlı rəngləri istifadə edə bilərsiniz.



2- Doğru işıqlandırma: Endirekt işıqlandırmalar məkanı olduğundan daha böyük göstərər. Ümumi duş işıqlandırmasının yanında ayna üzərinə monte edə biləcəyiniz işıqlandırmalar həm funksional həm də dekoratif olacaq.



3- Aynalar: Ya tualetinizin üstünə böyük bir ayna yerləşdirin, ya da irili xırdalı bir neçə ayna istifadə edərək bir tərz yaradın. Böyük ayna, məkanı və işığı əks etdirərək, daha geniş göstərəcək.



4- Yer döşəmələri: Yerləriniz açıq rəng və böyük karolardan olsun. Açıq rəng yer karoları duşunuzu daha geniş göstərəcək. Dəyişdirməyə imkanınız yoxsa açıq rəng duş xalçası seçin.



5- Aksesuarlar: Böyük aksesuarları seçin. Kiçik aksesuarlar yerinə tək, böyük parçaları seçin. Böyük ayaqaltı və ya böyük səbət içinə yerləşdirəcəyiniz dəsmallar və s.



6- Divar kağızı rəngləri: Divar kağızı istifadə edəcəksinizsə, açıq tonları seçin.



7- Şəffaf duş kabini: Gözünüzün önündəki vizual izdihamları qaldırın. Buzlu duşa kabin yerinə şəffaf şüşə istifadə edin. Duş pərdəsi istifadə edirsinizsə, pərdəni açıq tonlardan seçin və pərdənizi istifadə etmədiyiniz zamanlarda açıq buraxın.



8- Yığma sahələri: Dağınıqlara son verin. Göz önündəki dağnığı şkaflara yerləşdirin. Boy şkafı, ortalıqda yığılan şampun və dəsmalları qaldırmaq üçün doğru bir tətbiq. Tualet şkafı yerinə daha kiçik amma funksional bir modul seçim edə bilərsiniz. Siyirtmə modulu da kiçik duşunuzda yığma üçün yaxşı bir həll.

Mənbə: Qadınlar.bizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!