Bunları bilirsinizmi?

Bunları bilirsinizmi?
Faydalı məsləhətlər
10.09.2017 34
1. Sizə istidirsə, dirsəklərinizi soyuq suya salın.

2. Dəri qış ərzində bir qədər solur və təravətini itirir, bunun qarşısını almaq üçün duş qəbulu zamanı dərini bərk sürtmək və təzadlı (gah soyuq, gah da isti) duş qəbul etmək lazımdır. Bu qan dövranını yaxşılaşdırır və solğunluğu aradan qaldırır.

3. Əlləriniz çox kobudlaşmiş, dırnaqlarınız sınmışsa, isidilmiş günəbaxan yağında 10-15 dəqiqə saxlayın. Sonra isə əllərinizi yumayın, salfetlə silin.

4. Əllər ağarsın deyə onları sirkə tökülmüş ilıq suda saxlamaq lazımdı. Qədim xalq təbabətinə görə çiy süd və ya limon şirəsi qatılmış su ilə vanna etmək yaxşı kömək edir .

5. Yanmış yerə yumurta ağında isladılmış bez qoyurlar, bu ağrını azaldır və yara daha tez sağalır. Hətta yanmış yerə tünd çay, tünd bənövşəyi manqan (marqanis) məhlulu çəkmək olar.

6. Yatarkən başınızın altına hündür balış qoymayın, yoxsa boynunuz tez qırışar.

7. Əgər yumurtanin ağı axıb sarısı qalıbsa, onu ehmallıca su olan bankaya qoyduqda uzun muddət təzə qalır.

8. Yumurtanı bişirərkən onun küt tərəfindən iynə ya da sancaq ilə deşik açılsa o sınmaz.

9. Soda tam neytrallaşsın deyə xəmir yoğurarkən sodanın üstünə bir az sirkə ya da limon şirəsi tökmək lazımdır. Sodalı xəmiri çox yoğurmurlar, çünki yapıxır və yumşaq olmur.

10. Əgər xəmirin tez acımasını istəyirsinizsə, xəmirə bir neçə makaron batırın.

11. Əti saxlamaq istəyirsinizsə yumayın, çünki əti yuyanda tez xarab olur.

12. Əti bişirərkən yaxşı bulyon almaq istəyirsinizsə soyuq suya, ətin özünün dadlı olmasını istəyirsinizsə, isti suya salın.

13. Əti bişirməmişdən əvvəl duzlamayın, çünki duzdan onun şirəsi çıxır bu da onun keyfiyyətinin itməsinə səbəb olur.

14. Təzə südü işıqda saxladıqda tərkibindəki A və C vitaminləri itir.

15. Südə şəkər (1 l südə 1 çay qaşığı) qatıb qaynatdıqda uzun müddət təzə qalır və vitaminləri itmir.

16. Çəyirdəkli meyvələrdən bişirilmiş kompotları 1 ildən artıq saxlamaq olmaz. Çünki çəyirdəkdə qaldıqca həyat üçün təhlükəli olan sianid turşusu əmələ gəlir.

17. Bir çoxları mürəbbəni mis ləyənlərdə bişirirlər, məsləhət görülür ki, mürəbbə ləyəndən tez boşaldılsın, çünki mürəbbədə zəhərli maddələr əmələ gələ bilər.

18. Büzüşmüş almaları bir neçə saatlığa soyuq suda saxlasanız almalar əvvəlki görkəmini alar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!