Xanımların işinə yarayacaq məsləhətlər

Xanımların işinə yarayacaq məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 8
1. Kirli butulkanı təmizləmək
üçün içinə qabyuyan vasitədən əlavə metal zəncir atıb çalxalamaq lazımdır.



2. Paltara yapışmış saqqızı qoparmaq üçün həmin paltarı soyuducunun buzlu
yerində 1 saat saxlamaq lazımdır. Əgər paltar buzlu yerə yerləşmirsə, onda saqqız
yapışan yerə buz parçası qoyun.



3. Holland pendiri keçirdiyiniz sürtkəci təmizləmək üçün, sürtkəcdən yarım çiy
kartof keçirin. Bundan sonra sürtkəc rahat təmizlənəcək.



4. Gümüş əşyaları təmizləmək üçün naşatır spirtinə həmin əşyaları salmaq
lazımdır, sonra soyuq su ilə yumaq və yun əski ilə qurulamaq lazımdır.



5. Gümüş bəzək əşyalarını təmizləmək üçün isə onları bir parça sink və qaynar
paltar sodası məhlulu tökülmüş suya salmaq lazımdır.



Rütubət ləkəsi olan gümüş əşyaları diş məcunu ilə təmizləmək olar.



6. Bankanın polietilen qapağını açmaq üçün bankanın üstünə qaynar su olan qab
qoymaqla açmaq olar. Beləliklə qapaq isinəcək və asan açılacaq.



8. Kartofun bişərkən xırçıltılı və qırmızımtıl rəngdə olması üçün qızartmazdan əvvəl
kartofu yaxşıca qurutmaq lazımdır. Bunun üçün həm dəsmaldan, həm də fendən
istifadə edə bilərsiniz. Daha sonra qaynar yağın içinə atmaq və qızarandan
sonra duzlamaq lazımdır.



9. Təzə kartofu təmizləmək üçün, qabyuyan sungərdən (bir tərəfi porolon, digər
tərəfi kələ-kötür material olsun) istifadə edin.



10. Kartofu uzun müddət saxlamaq üçün:

- Əvvəla kartofun xarab olan yerlərini kəsib atmaq lazımdır.

- Rütubətli havada kartofu qurutmaq lazımdır.



- Kartofu saxlayacağınız yer təmiz və quru olmalıdır.

- Kartofu zirzəmidə saxlayacağınız təqdirdə ventilyasiya üçün pəncərə qoymaq
lazımdır.

- Kartofu qış fəslində 2-5 dərəcə istilikdə və 85-95 % nisbi rütubət şəraitində
saxlamaq lazımdır.



11. Çaydanı ərpdən təmizləmək üçün:

- Boş çaydanı isidib içinə bir stəkan suyu təzyiqlə tökmək lazımdır.



- 1-2 paket limon turşusu qatılmış suyu ərpli çaydanda qaynatmaq olar.

- 1 çay qaşığı sodanı suya qataraq, çaydanda 30 dəqiqə müddətində qaynatmaq
lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!