Hər dənəsi şəfalıdır

Hər dənəsi şəfalıdır
Faydalı məsləhətlər
10.09.2017 24
Bu günlərdə insan
orqanizmi immunitetinin zəiflədiyi və vitaminlərə ehtiyac duyduğu bir dövrdədir.
Azərbaycanda 60-dan çox növü yetişən narın hər dənəsi ayrı bir şəfa mənbəyidir.
Nar suyundakı antioksidan miqdarı yaşıl çay və portağal suyundan 3 qat daha
çoxdur.1 stəkan nar suyu 10 stəkan yaşıl çayı əvəz edir. Nar təzyiqi müsbət bir
şəkildə nizamlayır, ürəyin düzgün işləməsinə yardım edir.İnfeksiyaya qarşı bədən
müqavimətini artırır.Enerji verir,yorğunluğu aradan qaldırır.İdrar qovucu təsiri
ilə toksin artımını təmin edir.İmmunitet sistemini gücləndirir, bədəni xəstəliklərə
qarşı qoruyur.Xolestrol və qan şəkərinizi tənzimləyərək artmasına mane olur.Nar
bağırsaq parazitlərinin düşmənidir.Turş nar mədə yanmalarına qarşı faydalıdır,
boğaz ağrılarına və ağ ciyərlərə xeyirlidir.Öskürək və dəri infeksiyalarında da
təsirlidir.Nar C vitamini, həmçinin dəmir və kalium mineralları baxımından zəngindir.Nar
C vitamini baxımından zənginliyi ilə portağal və itburnunu da geridə qoyur.
Narın tərkibində C vitamini ilə yanaşı, həmçinin B vitamini, dəmir, sink,
maqnezium, natrium və kalium var. Narın çəyirdəyi kosmetika üçün də (bura dəriyə
qulluq da daxildir) faydalıdır. Nar immunitet sistemini gücləndirir, ürəyin fəaliyyətini
nizamlayır, bədənə enerji verir, yorğunluğu aradan qaldırır, orqanizmi toksinlərdən
təmizləyir, ishalın qarşısını alır, infeksiyaya qarşı müqaviməti artırır, böyrək
zəifliyi zamanı faydalıdır.


Narın faydaları
1. Hərarəti kəsir. 
2. Enerji verir və yorğunluğu aradan qaldırır. 
3. Bədəni, ürəyi, mədəni və diş ətlərini qüvvətləndirir. 
4. Ürək döyünməsini aradan qaldırır. 
5. Mədə iltihabı və ağız yarası üçün faydalıdır. 
6. İmmunitet sistemini gücləndirir. 
7. Xərçəng hüceyrələrinin inkişafına mane olaraq, başda ağciyər, döş, dəri və
prostat xərçəngi olmaq üzrə, xərçəngə qarşı bədəni qoruyur. 
8. Qandakı xolesterol nisbətini və təzyiqi salır. 
9. Damarları açır. 
10. Bu xüsusiyyətləriylə ürək və damar xəstəliklərinə qarşı qoruyucudur. 
11. Qandakı şəkər səviyyəsini də tarazlayaraq şəkər xəstələrinə yaxşı gəlir. 
12. Dəri sağlamlığı üçün də faydalıdır. 
13. Nar suyu səsi açır. 
14. Menopoz şikayətlərini azaldır. 

15. Artrit və oynaq ağrılarını azaltmağa köməkçi olur.
Necə istifadə etməli? 
Narın meyvəsi, meyvə qabıqları, nar ağacının kökləri və budaqlar ilə kök
qabıqları istifadə edilər. Nar dənələrini örtən pərdə həzmi asanlaşdırır və
sidik qovucudur. Narın qabıqlarının qaynamış suda dəmlənməsi ilə hazırlanan çay
içilsə ishalı kəsər. 2-3 gün ərzində səhərlər ac qarına içilib, günortaya qədər
bir şey yeyilməzsə, bağırsaq qurdlarını tökər. Təzə narın suyu sıxılaraq meyvə
suyu olaraq da istehlak edilə bilərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!