Zeytun yağının faydaları

Zeytun yağının faydaları
Faydalı məsləhətlər
10.09.2017 53
Yeməklərinizi bişirərkən ən
çox ehtiyac duyduğumuz vəsaitlərdən biri də maye yağlardır. Damaq dadımıza görə
günəbaxan, qarğıdalı, fındıq və ya zeytunyağını istifadə edərik. Yaxşı maye
yağlar içində ən sağlamının zeytun yağı olduğunu bilirsinizmi? Buyurun zeytun
yağının möcüzələri:
Heç bir kimyəvi əməliyyatdan keçmədən, tamamilə
təbii üsullarla əldə edildiyi üçün digər yağlardan daha sağlamdır. Eyni zamanda
bir meyvədən əldə edilən tək yağdır. Möhtəşəm dərəcədə antioksidan ehtiva etməsinin
yanında, ürək sağlamlığına yaxşı gəlməsi, təzyiqi tənzimləməsi, baş ağrısını və
xərçəng riskini azaltması sayıla biləcək ən fundamental faydalarıdır. Ayrıca
litr qiyməti yüksək olmasına baxmayaraq digər yağlara görə daha sərfəlidir.
Çünki yeməklərdə və qızartmalarda digər yağlara nisbətlə çox daha az zeytun
yağı istifadə edilər. Zeytun yağı uyğun şərtlərdə saxlanmalıdır. Əks halda
sağlamlığa faydalı xüsusiyyətlərini itirər.
Zeytun yağının bəzi faydalarını bu şəkildə
sıralaya bilərik:
1.Ürək sağlamlığını qorumağa köməkçi olar.
2.Qan şəkərini və təzyiqi nizamlayar.
3.Xərçəng riskini azaldar.
4.İmmunitet sistemini gücləndirər.
5.Dərinin yaşlanma müddətini yavaşladar və uzun
illər gənc qalmağa köməkçi olar.
6.Həzmi asanlaşdırar və həzm sistemini nizama
salar.
7.Qızartma edərkən zəhərli bakteriyaların meydana
gəlməsinə mane olar. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!