Yaddaşı necə bərpa etməli?

Yaddaşı necə bərpa etməli?
Faydalı məsləhətlər
10.09.2017 71
Gün keçdikcə hiss edirsən ki, unutqanlıq, nəyisə yaddan
çıxarma artıq ciddi problemə çevrilir.

İşdə həyəcanla düşünürsən ki, evdə ütünü və ya qaz pilətəsini söndürmüsənmi? Evə
gəlib televizora baxmaq istəyirsən, amma eynəyinin yeri yadına düşmür. Və yaxud
ən vacib və ya dramatik məqamda ən önəmli söz hafizəndən sanki silinir, yada
salmaq cəhdlərin heç bir fayda vermir.

Hesab edilir ki, insan yaşlandıqca yaddaşı zəifləyir. Amma son zamanlar yaddaş
zəifliyindən şikayət edənlərə, hafizənin pozulmasına artıq gənclər arasında da
rast gəlinir. Əslində, yaddaşın pisləşməsi beynin stressə qarşı müdafiə
reaksiyasıdır. Bəs unutqanlığın öhdəsindən gəlmək, yaddaşı bərpa etmək olarmı?

Beynin "arxivi"

Yaddaş və yaxud hafizə - beynin funksiyalarından biri və çox mürəkkəb
mexanizmdir. Beynin bu psixi və yaxud zehni funksiyasına, fəaliyyət növünə
informasiyanın toplanması, saxlanılması və yenilənməsi daxildir. Yaddaşın
xüsusiyyətləri bunlardır: dəqiqlik, həcm, sürət, təzələnməyə hazırlıq və yaddan
çıxarmanın sürəti.

Yaddaşın o qədər tipi və növü var ki: sensor, səs, görüntü (viziual), ağrı və
s. Hətta dad yaddaşımız da var.

Bundan başqa, yaddaş obrazlı, məntiqi, emosional, deklarativ, uzunmüddətli,
qısamüddətli, aralıq, epizodik və s. ola bilir.

Risk faktorları

Həm fizioloji, həm də psixi faktorlar yaddaşa öz təsirini göstərir. Bizim
unutqanlığımız eyni dərəcədə həm birinci, həm də ikinci faktorlarla bağlı ola
bilər.

Psixiloji səbəblərə aşağıdakılar aid ola bilər:

- Xroniki stress üzündən diqqəti toparlamaq, fikri cəmləşdirmək qabiliyyətinin
olmaması;

- Tələskənlik vəziyyəti və avtomatik davranış - bu zaman fikrimiz başqa şeylərlə
məşğul olduğu üçün avtomatik etdiyimiz hərəkətlər hafizəmizdə qalmır;

- Apatiya (halsızlıq) və ya əksinə, çılğın emosional hal diqqətin olmamasına,
fikrin dağınıqlığına və unutqanlığa aparır.

Fizioloji səbəblərə aiddir:

- kəllə-beyin zədələri və ya nə vaxtsa keçirilmiş kəskin xəstəliklər;

- ürək-damar, endokrin sistemi (ateroskleroz, qipoterioz) xəstəlikləri;

- qeyri-düzgün maddələr mübadiləsi;

- yetərincə yatmamaq;

- əsəb sistemi və ya beynin patologiyası;

- qeyri-düzgün və yetərincə yeməmək;

- pis vərdişlərin olması;

- qan dövranı sisteminin pozulması.

Depressiya hafizəni pozur

Unutqanlığın və yaddaşın zəifləməsinin səbəbləri dəqiq aşkara çıxarılarsa,
hafizənin möhkəmləndirilməsi üçün daha tez çarə tapıla bilər. Yaddaşı bərkitmək
üçün yetərincə sadə və əlçatan üsullar var.

Bəri başdan deyək ki, yaddaşın zəifləməsi insanın yaşından daha çox, onun
düşdüyü pis əhval-ruhiyyə ilə bağlıdır. Odur ki, unutqanlığa qarşı daha gözəl
şeyləri yad etməklə də mübarizə aparmaq olar. Elm artıq sübut edib ki, müsbət
emosiyalar möcüzə yaradır, yaddaşa da pozitiv təsir göstərir. Həkimlər diqqəti
buna cəlb edirlər ki, qəm-kədər, apatiya, stress içində olanlar unutqanlıqdan
xüsusilə əziyyət çəkirlər.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!