Kotlet haqqında...

Kotlet haqqında...
Faydalı məsləhətlər
10.09.2017 46
Kotlet üçün qiymə alacaqsınızsa, bir az yağlısını alın. Kotletləriniz daha yumşaq olar.

Kotlet bişirərkən istifadə edəcəyiniz bayat çörəyi əvvəlcə kiçik hissələrə ayırın, sonra da mətbəx robotu ilə doğrayın. Bu qarışığı istədiyiniz qədər soyuducuda saxlaya və ehtiyacınız olduqda istifadə edə bilərsiniz. Kotletdə istifadə edəcəyiniz bayat çörəyi ət suyu ilə islatsanız, kotletləriniz daha dadlı olar.

Kotlet üçün hazırladığınız qiymənin içinə bir qədər maye yağ əlavə etsəniz, kotletləriniz daha yumşaq olar. Bundan başqa, kotletin qiyməsini hazırlayarkən içinə bir yumurta sarısı və ya bir diş sarımsaq da əlavə edə bilərsiniz.

Kotletlərin bərk olmasını istəyirsinizsə, qiymənin içərsinə bir qədər sürtkəcdən keçrilmiş holland pendiri əlavə edin. Kotlet bişirəcəyiniz qiyməni yoğurmazdan əvvəl əllərinizi islatsanız, təmizləmək də asan olar.

Kotletləriniz daha ləzzətli olsun deyə qiymənin içərsinə xırda doğranmış göbələklər də əlavə edə bilərsiniz.

Qoyun ətindən kotlet hazırlayarkən içərsinə bir az da dana əti əlavə edin. Kotletləriniz çox ləzzətli olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!