Dırnaq boyası ilə yemək hazırlamayın

Dırnaq boyası ilə yemək hazırlamayın
Faydalı məsləhətlər
10.09.2017 27
Bəzi bakteriyalar qaynar suda belə canlı qala bilər



Bakteriyalar haqqında məlumat verilən kitabda, "Tək bir bakteriya 7 saat içində 2 milyon, 12 saat içində isə 1 milyard bakteriya meydana gətirər" deyildi. Bəzi bakteriyaların qaynar suda belə bir saatdan çox canlı qala bildiyinə diqqət çəkildi.



Zülaldan zəngin olan qidalar təhlükəli qidalardır



Bakteriyaların törəmək üçün zülal zəngini qidaları seçdiyi yazılan kitabda, "Bakteriyalar;ət, süd, toyuq, balıq, yumurta kimi zülal cəhətdən zəngin qidaları seçərlər. Bu səbəblə zülaldan zəngin olan qidalar potensial təhlükəli qidalardır. Bu qidaların saxlanmasına ayrıca diqqət edin" xəbərdarlığı edildi.



Kitabda qida təhlükəsizliyi üçün uyğun gəlilməsi lazım olan qaydalar belə ifadə edildi:



- Dırnaqlarınızı qısa və təmiz saxlayın.



- Lak, toy üzüyü və ləl-cəvahirat istifadə etməyin.



- Əllərdə yara, kəsik və sıyrıqlar var isə, qida hazırlayarkən yaralı  qisimə antiseptik məlhəm çəkərək, su keçirməyən bandaj ilə bağlayın.



- Qidalarla məşğul olarkən əsla ağız, burun, saçlarınıza toxunmayın.



- Mətbəxdə yemək hazırlayarkən saqqız çeynəməyin, siqaret çəkməyin.



- Yeməklərin dad yoxlanışı yeməyi qarışdırdığınız qaşıq ilə deyil, ayrı bir qaşıq ilə bir qaba qoyaraq edin.



- Əllərinizi tez-tez yuyun.



- Soyuducunun qapağını gərəyindən uzun müddət açıq saxlamayın.



- Çiy ət, toyuq və balıqları ayrı paketlərdə və ayrı saxlama qablarında soyuducunun ən soyuq rəfində saxlayın.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!