Evdə pendir necə hazırlanır?

Evdə pendir necə hazırlanır?
Faydalı məsləhətlər
10.09.2017 1 112
Ev pendiri üçün bizə bunlar lazımdır

- 5 litr tam yağlı və ya yarım yağlı süd (üstünlük tam yağlı)
- 1/ 2 kq süzmə və ya normal qatıq
- 2 yemək qaşığı duz
- Pendiri qoyub suyunu süzmək üçün kifayət böyüklükdə bez torba
HAZIRLANMASI
- Südü   qaynayana qədər istilədin.
- Qaynamağa başlayınca , qatığı içinə əlavə edin.
- Qatıq, südün içində əriyənəcən qarışdırın.
- Bu əsnada istilətməyə davam edin.
- Bu əməliyyat təxminən 5-7 dəqiqə davam etməkdədir.
- Laxtalanma başladığında duz əlavə edin.
- Qarışdırmağa davam edərkən pendir yavaş yavaş topaqlaşır .
- 5 dəqiqə sonra hamısının pendirə çevrildiyini, pendir ilə suyun ayrıldığını görəcəksiniz.
- Su yüngül yaşımtıl bir rəng aldıqda qazanı ocaqdan alın.
- Suyu süzüb pendir topaqlarını torbaya doldurun.
- Torbanın ağzını möhkəmcə bağlayıb üzərinə də bir ağırlıq qoyub gözləyin.
- Ən az 12 , ən yaxşısı da 24 saat ağırlıq altında buraxdıqdan sonra pendiri torbadan çıxarıb istəyə görə dilimləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!