Gözlərinizi qardan qorumaq üçün

Gözlərinizi qardan qorumaq üçün
Faydalı məsləhətlər
10.09.2017 40
Qar insanlara sevinc bəxş etsə də, "qar korluğu” adı ilə tanınan göz xəstəliyinə səbəb olur ki, bu da göz qapaqlarında qızartılara və yanıqlara yol aça bilər.

Gözlərdə yanma, sulanma, ağrı və fotofobi (həddindən artıq işıq həssaslığı) meydana gəlir.
Göz qapaqlarında istəksiz bağlanma (blefarospazm) baş verir. Gözdə
meydana gətirdiyi zərərin şiddətinə görə isə fərqli dərəcələrdə bulanıq
görməyə də yol aça bilər.
Ani şəkildə ultrabənövşəyi şüalara məruz qalan gözlərdə həssaslıq və
şikayətlərin 6-8 saat sonra başladığı və bir neçə gün çəkdiyi
bildirilib. Bu problem 1 həftəyə qədər uzanır.

Qar korluğunun gözlərdə yaratdığı narahatlığın təsirini minimuma
endirmək üçün Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Eroğlunun
tövsiyələri isə belədir:
Gözlərinizi soyuq su ilə yuyun.
Gözlərdə yaranan ağrını azaltmaq üçün süni gözyaşı, yaxud da həkim məsləhəti ilə ağrıkəsicidən istifadə edin.
Gözlərinizi qətiyyən ovuşdurmayın. Çünki bununla göz probleminizi daha da artıra bilərsiniz.
Bu hadisə ilə üzləşməmək üçün gün eynəklərindən istifadə edin.
Qoruyucu süni gözyaşı damcılarından istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!