Qadınların qorxulu kabusu - Ziyil

Qadınların qorxulu kabusu - Ziyil
Faydalı məsləhətlər
10.09.2017 64
Ümumi məlumat
Ziyil – dəridə əmələ gələ xoşxassəli şişdir.
Ayaqda əmələ gələn ziyillərə daban ziyilləri deyilir. Bu növ ziyillər
bəzən özü özünə keçir, bəzən isə illərlə yox  olub, yenidən əmələ gələ
bilirlər.



Ziyilin əmələ gəlməsinə səbəb.
Dərinin İnsan Papiloma Virusuna yoluxması. Virus əsasən nəm yerlərdə
aktiv yayılır (məsələn, ümumi hamam, duş və soyunma otaqlarında).



Əlamətləri.
Ziyil qabarıq düyünə bənzəyir. Onlar tək-tək və ya topa-topa olurlar.
Daban ziyilləri adətən səthi olur. Daban ziyili ağrı verdiyi halda
mütləq həkimə müraciət etmək lazımdır.



Fəsadlar.
Ziyilin bədənin başqa hissələrinə yayılması.





Nə etmək olar?
Ziyili qoparmaq, kəsmək olmaz, çünki bu virusun yayılması ilə
nəticələnə bilər. Həkimə müraciət etdikdə həkim onu lazerlə, elektriklə
yandıraraq və ya  krioxirurqiya vasitəsilə (maye azotdan istifadə
edərək) yox edəcəkdir.
Ziyildən əziyyət çəkən şəxslə birbaşa əlaqədən uzaq durun. Özgə
adamın corabını, ayaqqabısını geyinməyin. Hovuz, hamam kimi məkanlarda
ayaqyalın gəzməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!