Bu çaylar çox faydalıdır

Bu çaylar çox faydalıdır
Faydalı məsləhətlər
10.09.2017 8
Regionda, eləcə də ölkəmizdə yayılmış H3N2 virusuna az qala hər beş nəfərdən ikisi tutulub. Qripin yeni forması hesab olunan H3N2 virusu boğaz ağrısı, temperatur, baş gicəllənmə, təzyiqin aşağı düşməsi ilə müşahidə olunur. Bəs bu virusla necə mübarizə aparmalı?

H3N2 virusu ilə təbii mübarizə vasitələrini təqdim edirik:



Cökə: Qrip deyiləndə ağla gələn ilk bitkilərdən biri də cökədir. Cökə gülünün tərkibindəki flavonoit iltihabı aradan qaldırır və ağrıkəsici effekti yaradır. Eləcə də boğazı yumşaldaraq soyuqdəymənin qarşısını alır.



Adaçayı: Ağız və boğaz iltihablarına yaxşı təsir edən bitki isə adaçayıdır. Xüsusilə farengit, gingivit kimi xəstəlikləri olanlar stəkanda dəmləmə formasında (qaynadılmamalıdır) adaçayı ilə qarqara etmələri məsləhətdir.



Zəncəfil: Soyuqdəymə və qripin qarşısının alınması, müalicəsində xeyirli olacaq bitkilər arasında zəncəfilin də adını qeyd etmək mütləqdir. Pəhrizlərdə istifadə edilən zəncəfilin tərkibindəki gingerol, şogaol kimi birləşmələr qüvvətli iltihab qovucudur.



Qərənfil: Bakteriya, göbələk, virusların əmələ gətirdiyi infeksiyalarda antiseptik və ağrıkəsici kimi qərənfildən də istifadə edilir. Qərənfili də qaynatmadan, dəmləmə üsulu ilə qarqara etməkdə fayda var.



Qarabibər: Zəncəfil və qərənfil kimi, qarabibərin də qarqara forması daha məqsədə uyğun hesab edilir. Xüsusilə boğaz təzə gicişməyə başladığı vaxtlarda içində qara bibər tozu olan dəmləmə ilə qarqara etmək xeyirlidir. Araşdırmalarda qara bibərin immun sistemini gücləndirdiyi, yanğı hissi və spazmları azaltdığı məlum olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!