Faydali meslehetler

Faydali meslehetler
Faydalı məsləhətlər
10.09.2017 238
 
Qısa məsləhətlər
*Pendiri soyuducuda açıq halda qoymaq olmaz.
 
*Pendir artıbsa, xırda-xırda doğrayıb sarmısaq ,duz və bibərlə yaxşıca qarışdırırıq,və ya mikserlə çalırıq ,sonra çörəyə sürtüb ləzzətlə yemək olar.
 
*Holland pendiri bərkiyibsə, bir müddət südün içində saxlamaq lazımdır ,yumşalır və yeyilə biləcək hala gəlir.
 
*Qatığı uzun müddət saxlamaq istəyirsənsə,içindəki suyu atmayın.Bütün vitamin və minerallar bu suyun içərisində olur.
 
*Süd bişən tavanın içinə bir qaşıq salsaq süd daşmaz.Südü  bişirəcəyimiz tavanı əvvəlcədən soyuq su ilə yaxalasaq süd tavanın dibinə yapışmaz.
 
*Təzə yumurta ağır köhnə yumurta yüngül olur.
 
*Təzə yumurtanı duzlu suya atdıqda dibə batar ,batmazsa köhnədir.
 
*Yumurtanı yuyub saxlamaq olmaz.Yumurtanı bişirəndə suya 5-6 kibrit çöpü atsaq yumurta çatlamaz.
 
*Yumurtanı bişirəndə içinə duz atsaq soymaq asan olar.
 
*Çörək saxlanılan qabı 15 gündən bir sirkəli su ilə silmək lazımdır.
 
*Çörək bayatdırsa incə-incə doğrayıb,üzərinə azca süd səpib və isti yağda qızardırıq,sonra o biri üzünə çevirib,pomidor və holland pendiri düzürük qoyuruq sobaya pendir əriyəndə götürüb yemək olur.
 
*Çörək kəsilən bıçağı 2-3 dəqiqə qaynar suda saxlayanda kəsmək asan olur.
 
*Ət tez bişsin deyə tavaya azca çörəyin içini atın.
 
*Ət bişəndə limon suyu töksən daha ləzzətli olur.Toyuğu sobada bişirərkən üstünə sürtdüyümüz yağa azca şəkət tozu əlavə etsək qıp-qırmızı qızarar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!