Oğlunun olmasını istəyənlər bu yazını oxusun

Oğlunun olmasını istəyənlər bu yazını oxusun
Faydalı məsləhətlər
10.09.2017 13
 
Deyirlər, utananın
oğlu olmur. Bu sözdə hər nə qədər hikmət olduğu bilinməsə də, hər bir
halda "od olmayan yerdən tüstü çıxmaz”. Atalarımız boş yerə məsələ
deməzlər. Odur ki, işinizi bəri başdan ehtiyatlı tutun və utancaqlıq
hissini öldürün.
 
Utancaq birisiniz? Çoxlu insanlar arasında sizə yönəlmiş baxışlardan
sıxılırsınız, ürəyiniz tez-tez döyünür, nəfəsiniz daralır və
yanaqlarınız tez bir zamanda qızarırsa, psixoloq məsləhətlərinə əməl
edin.
 
Araşdırmalar nəticəsində qadınların daha çox utancaq olduqları ortaya
çıxıb. Əgər tanımadığınız insanla eyni mühitdə olarkən  utanırsınızsa,
bu, ciddi problem deyil, əksinə siz normal birisiniz.
 
Yanaqlarınızmı qızarır?
 
Əgər yeni bir iş mühitində özünüzü təqdim etmək üçün ayağa qalxarkən,
yanaqlarınız qızarırsa, səsiniz titrəyirsə, çoxlu insanlar qarşısında
danışmaqdan hər zaman qaçırsınızsa, deməli, utancaq birisiniz. Ancaq
hamı söhbətcil, məsələlərə utanmadan müdaxilə edə bilən biri olmaq
məcburiyyətində deyil. Bunu unutmayın.
 
Özünüzə nəzarət edin 
 
Utancaqlığınıza görə bəzi uğurlu fürsətləri qaçırdığınızı 
düşünürsünüzsə, artıq davranışlarınıza nəzarət etməyin vaxtı çatıb.
"Daimi xoşbəxtlik” layihəsinin rəhbəri olan ABŞ psixoloqu Artest Battler
utancaqlığın həll edilməyəcək bir problem olmadığını bildirib.
 
Utancaqlığın səbəbini araşdırmaq lazımdır
 
Psixoloq Artest Battlerin məsləhətlərinə uyğun olaraq utancaqlığın yox edilməsinin sirlərini sizə təqdim edir.
 
Bəzi lazımsız düşüncələrdən xilas olun
 
Utancaqlıqla birgə yaşamaq çox çətindir. İnsanlar arasında axmaq
vəziyyətə  düşmək, rədd edilmək kimi qorxular sizi passivləşdirməsin.
Utancaq qadın hər zaman pis düşüncələrlə özü özünü pis vəziyyətlərə
salır. Bunun üçün bəzi yalnış düşüncələrdən uzaq durmalısınız.
 
Probleminiz haqda bol-bol danışın
 
Dostunuzla, həyat yoldaşınızla utancaq olduğunuz haqda çoxlu danışın.
Ancaq bunun böyük problem olmadığını unutmayın. Əgər yeni mühit sizi
utandırırsa, qorxmayın. Yeni insanlarla tanışlığa, yoldaşınızla
qonaqlıqlara getməyə cəhd edin. Əgər ürəkdən istəsəniz, utancaqlığınızı
yox edə biləcəksiniz.
 
Dostlarınızdan kömək istəyin
 
Əgər insanlarla danışmaqdan utanırsınızsa, daha sosial və söhbətcil
olan bir dostunuzdan bu haqda kömək istəyin. Dostunuzdan sizi yeni
insanlara tanış etməsini,  sizi tanış edərkən sizin ifadə edə
bilmədiyiniz müsbət özəlliklərinizi deməsini istəyin.
 
Hamıdan nəyə görə fərqli olduğunuzu ortaya çıxarın
 
Utancaq qadın qarşı cinsin nümayəndəsinin diqqətini çəkməsi üçün ilk
öncə fərqli olmalıdır. Çoxlu insanlar arasında fərqliliyinizi göstərə
biləcək özəlliyinizi ortaya çıxarın. Fərqli olduğunuzu hiss etdiyinizdə
artıq utanmayacaqsınız. Əgər "bu çətindir” deyə düşünürsüzsə,
xatırlamalısınız ki, siz artıq utancaqlığa qalib gəlmək istəyirsiniz.
 
Düzgün addımlar atın
 
Əgər yeni tanıdığınız biriylə danışarkən utandığınızı hiss
edirsinizsə, dərhal qarşınızdakı insana bir sual verin. Ancaq sualın
axmaq sual olmamasına çalışın. Heç danışmadan üzünə baxmaqdansa, sual
verməyiniz onun söhbət etməsinə şərait yaradacaq və  beləliklə, hər şey
öz yoluna düşəcək. O, sözünü bitirdikdə siz də ona verdiyiniz sualı
cavablandıraraq söhbəti uzada bilərsiz. Bu, imkansız deyil. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!