Ürək xəstələrinə şad xəbər: seks infarktın qarşısını alır

Ürək xəstələrinə şad xəbər: seks infarktın qarşısını alır
Faydalı məsləhətlər
10.09.2017 31
Ürək xəstəliklərinin cinsi həyata əngəl olmadığı və hətta seksin ürəyin performansını gücləndirərək ömrü uzatdığı ortaya çıxıb.
Qadınlar.Biz-in
xəbərinə görə, araşdırmalar bəzi cütlüklərin seks üçün sadəcə 5-15
dəqiqə sərf etdiyini müəyyən edib. Seks üçün insanın çox enerji sərf
etməsi elə də vacib deyil. Seks zamanı sərf etdiyiniz oksigen nərdivan
qalxarkən sərf etdiyiniz oksigenlə ilə eyni səviyyədədir. Bəzi insanlar
üçün seks üçün lazım olan enerji bir əşya daşımaq, 20 dəqiqə qaçmaq,
bağça və ev işləriylə məşğul olarkən sərf edilən enerjidən artıq deyil.
Cinsi
yaxınlıq zamanı ürək ritmi 110-130 arası olur. Tənəffüs sürəti isə
dəqiqədə 16-18 dən 60–a qədər müşahidə edilir. Bu rəqəmlər kişilərdə bir
qədər yüksək olur.
Ümumiyyətlə cinsi yaxınlığın ürəyə heç bir
ziyanı yoxdur, ancaq cinsi yaxınlıq zamanı keçirdiyiniz yüksək stress
ürəyi daha çox təzyiqə məruz qoyur.
Seks ürəklə bağlı yaşanan ölüm hallarını artırırmı?
Seks
zamanı infarkt və ürək problemi ilə bağlı ölümlər çox nadir hallarda
baş verir. Sağlam bir kişidə seksdən sonra infarkt olmaq riski çox
aşağıdır.
Əgər kişi daha öncə 1 dəfə infarkt keçirdiyi üçün
hərəkətsiz bir həyat yaşayırsa, seks zamanı yüksək enerji sərf edərkən o
yenidən infarkt keçirə bilər.
Seks pozisiyalarının heç birinin
ürəyə ziyanlı və ya faydalı olmasında heç bir fərq yoxdur. Əsas odur ki,
özünüzü rahat hiss edəsiniz.
Ürək xəstəliyi cinsi problemləri artırırmı?
Ürəyə
təsir göstərən problemlər cinsi həyata da mənfi təsir göstərir. Yəni
ürək damarlarına mənfi təsir göstərən hansısa bir problem - şəkər
xəstəliyi, yüksək təzyiq, damar tıxanıqlığı, siqaret istifadəsi,
hərəkətsiz həyat tərzi və həddən çox içki içilməsi cinsi bölgəyə gedən
damarlarda da fəsadlar törədir. Buna görə ürək xəstəlikləri, damarlarda
sərtləşmə, yüksək təzyiq kimi xəstəliklər zamanı cinsi problemlər də
müşahidə edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!