Qan qrupları haqqında hər şey

Qan qrupları haqqında hər şey
Faydalı məsləhətlər
10.09.2017 23
1-ci qan qrupu
O (1-ci qrup)- tipi "Ovçu". Çox qədim və əsas qan qrupudur ki, evalusiya
prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya
əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır.
Müsbət tərəfləri:
- möhkəm həzm sistemi;
- yaxşı immun sistemi;
Zəif cəhətləri:
- yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur;
- mədənin yüksək turşuluğu;
- allergiya;
Dietik məsləhət: yüksək proteinli yeməklərdən uzaq durun.
Məsləhətdir: ət məhsulları (donuz ətindən başqa), balıq, meyvə-tərəvəz (turş olmasın), ananas
Azaldın: yarma, büğda və un məmulatları.
İçkilərdən:
Yaxşıdır: yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə çiçəyi dəmləməsi;
Neytraldır: pivə, qırmızı və ağ şərab, çobanyastığı, jenşen, sürvə (şalfey)
Uzaq durun: kofe, tünd içkilər, aloe (əzvay) şirəsi.
Çəkini nəzarətdə saxlamaq üçün:
Menyudan çıxarın: təzə kələm, qarğıdalı, buğda, sitrus meyvələri, paxla, qənd, nişastalı yeməklər.
Yaxşı kömək edir: dəniz bitkiləri, balıq, yodlaşdırılmış duz, ət,
xüsusən də mal əti, qaraciyər, göyərti, brokkoli, qırmızı turp, B qrup
vitaminləri.
Fiziki hərəkət: intensiv hərəkətli idman növləri: aerobika, qaçış, üzgüçülük, xizəksürm
2-ci qan qrupu
A (2-ci) qrup- tipi "Torpaq adamı". Bu qan qrupu qədim insanların köçəri
həyat tərzindən oturaq həyata keçidi dövründə yaranıb. Yer əhalisinin
37,8% -i bu tipə aiddir.
Güclü cəhətləri:
- yemək, pəhriz və ətraf mühit dəyişikliklərinə tez adaptasiya;
- effektiv həzm sisteminə malik olmaq;
Zəif cəhətləri:
- həssas həzm traktı;
- zəif immun sistemi, infeksiyalara dözümsüzlük;
- yüksək dərəcədə oyanıq sinir sistemi;
- şəkərli diabetə tutulma ehtimalı böyükdür.
Dietik məsləhət: tam vegeterian qidalanmaya keçmək;
Yaxşıdır: tərəvəz, yarma, bütün paxlalılar, meyvələrdən – portağal,
narıngi, banan, kakos, ananas, balıq və dəniz məhsulları (yalnız
kambala, siyənək, kürü istisna olmaqla).
Azaldın: ət ( toyuq və hind toyuğu), süd məhsulları, buğda,istiot, dondurma, qənd, qarğıdalı yağı).
Kömək edir: bitki yağlarından ( soya, zeytun), tərəvəz, ananas, B, C, E vitaminləri, jenşen, bitki çayları, pişikotu (valerian).
Fiziki hərəkətlər: sakit templi və nəfəs hərəkətləri olan növlər, yoqa, tan-zi.
3-cü qan qrupu:
B (3-cü) qrup- tipi "Qəribə köçəri". Bu qan qrupu qədim dövrdə tayfa,
nəsil yerdəyişmələri və məskunlaşması nəticəsində yaranıb. Dünya
əhalisinin 20,6%-i bu qan qrupuna aiddir.
Müsbət cəhətləri:
- güclü immun sistemi;
- yeməklərə yaxşı uyğunlaşma
- balanslaşmış sinir sistemi.
Zəif cəhətləri:
- bir çox viruslara, iltihabi xəstəliklərə dözümü yoxdur.
Dietik məsləhət: Qarışıq yeməklərdən və mürəkkəb dietalardan uzaq durun.
Yaxşıdır: ət, ördək, qaz ətindən başqa bütün ət yeməkləri, balıq, süd
məhsulları (turş, yağsız), yumurta, yarmalar, paxlalar, tərəvəz
(qarğıdalı, pomidor, balqabaq, zeytun), meyvə.
Uzaq durun: dəniz məhsulları, donuz əti.
İçkilərdən:
Məsləhətdir: yaşıl çay, ot çayları, çuğundur şirəsi, kələm şirəsi, üzüm şərabı.
Uzaq olun: pomidor şirəsi, sodalı içkilər.
Çəkini nəzarətdə saxlamaq üçün:
Yeməyin: qarğıdalı, püstə, qarabaşaq (qreçka), pomidor, donuz əti, kolbasa.
Kömək edir: yaşıl çay, yumurta, böyrək, mal əti, vitaminlər.
Fiziki hərəkətlər: gəzmək, velosiped sürmək, tennis, üzgüçülük.
4-cü qan qrupu
AB (4-cü) qrup - tipi "Sirli tapmaca". Bu qrup 2 əks – A və B tipli qanın qarışması, evalusiyası nəticəsində yaranıb.
Müsbət cəhətləri:
- Ən gənc qan qrupudur.
- Hissiyyatlı immun sistemi;
- Həm A, həm də B qrupun müsbət tərəflərini özündə əks etdirir.
Dietik məsləhət: əvvəlcədən hesablanmış və qarışıq pəhriz saxlaya bilər.
Yaxşıdır: ət ( qoyun əti, dovşan, hind toyuğu), balıq ( dəniz bitkiləri
istisna olmaqla), zeytun yağı, püstə, qoz-fındıq, yarma (qarğıdalı və
qarabaşaqdan başqa), tərəvəz (istiotdan başqa),
Azaltmalı: paxlaları
İçkilərdən:
Məsləhətdir: kofe, yaşıl çay, çobanyastığı çayı, itburnu.
Olmaz: aloe şirəsi, cökə çiçəyi çayı.
Çəkini nəzarətdə saxlamaq üçün:
Kömək edir: balıq, göyərti, ananas, vitamin C, süd məhsulları.
Uzaq durun: qırmızı ət, vetçina, bekon, qarabaşaq yarması, istiot, buğda, qarğıdaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!