Sumaq haqqında

Sumaq haqqında
Faydalı məsləhətlər
10.09.2017 95
 
Sumaq sumaqkimilər fəsiləsindən bitki cinsidir.250-ə qədər kol və ağac növləri məlumdur.Hündürlüyü bəzən 0,5 metrdən 15metrə, bəzən də 20metrə çatır.Meyvesinin tərkibində tanin, flavon və antosianin kimi polifenol birləşmələr, aşılayıcı və rəngləyici maddələr, üzvi turşular, həmçinin C və K vitaminləri var.Ən çox yayıldığı yerlər Şimali Amerika Şimali və Şərqi Asiya Afrika və Avropadır.
Sumaq iyun-iyul aylarında çiçək açır sentyabr-oktyabr aylarında isə meyvə verir.Hər meyvə süpürgəsinin üzərində 200-300 və daha çox meyvə olur.Meyvələrinin rəngi qırmızı dadı isə turşdur.Sumağın turş dadı onun tərkibindəki üzüm turşusundan irəli gəlir.Meyvələri qurudulduqdan sonra həm isti,hem soyuq yeməklərdə istifadə olunur.Daha çox isti yerlərdə yetişir.Bəzi növləri zəhərlidir.Sumağın tərkibindəki aşılayıcı maddələrdən texniki və tibbi məqsədlər üçün, rəngləyici maddələrdən isə texniki məqsədlər üçün istifadə edirlər.İpək və yun parçanı sumağı yarpağı QARA, qabığı SARI, kökü QƏHVƏYİ,meyvəsi isə qırmızı rəngə boyayır.Daha maraqlı fakt isə ən yaxşı fıstıq ağacının sumaq ilə fıstıq ağacının peyvəndlərindən alınmasıdır.(məşhur Antep fıstığı kimi..)

SUMAĞIN 20 FAYDASI!

1. Həzmi asanlaşdırı.
2. İştahanı artırır
3. Maddələr mübadiləsini nizamlayır.
4. Boğaz xəstəliklərinə qarşı faydalıdır
5. Qandakı şəkərin miqdarını aşağı salır.
6. İshalı aradan qaldırı.
7. Dezinteriya qarşı təsirlidir.
8. Ən yaxşı mikroböldürücüdür.
9. Temperaturu aşağı salır.
10. Qanaxmaların qarşısını alır.
11. Enurezə qarşı faydalıdır.
12. Susuzluğu aradan qaldırır.
13. Ağrıkəsici təsirə malikdir.
14. Hipertoniyaya qarşı təsirlidir.
15. Ödün fəaliyyətini nizamlayır.
16. Diş və diş əti xəstəliklərinə faydalıdır.
17. İltihabları aradan qaldırır.
18. Ən yaxşı antioksidant mənbəyidir.
19. Zəhərlənməyə qarşı təsirlidir.
20. Ürəkbulanmalarına və qusmalara qarşı faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!