Ərik haqqında bilmədiklərimiz

Ərik haqqında bilmədiklərimiz
Faydalı məsləhətlər
10.09.2017 52
Siz əriyin qeyri-adi dadı və ətrini hiss etmisinizmi?
Məncə, onu xoşlamayan çətin ki olsun. Bu sehirli meyvənin tərkibində üzvi turşular, efir yağları və mineral duzlarla bərabər, pektin və aşı maddələri, şəkər, kalsium, kalium və dəmir də vardır. Tərkibindəki maqnezium sayəsində orqanizm stresə qarşı çıxır. A vitamini dəri xəstəliyini önləyir, bədəndən toksinlərin atılmasına kömək edir.
Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, görmə qabiliyyətini normada saxlayan, yaddaşı gücləndirən, bağırsaqları yumşaldan və dərini gözəlləşdirən ərik, süfrələrimizin ləzzətli və ideal təamlarından biridir.
Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminin fəaliyətinə müsbət təsir göstərir. Ana olmağa hazırlaşan və anemiyadan əziyyət çəkən xanımlar mütəmadi olaraq ərik yeməlidirlər.
Xalq təbabətində ərikdən sinə yumşaldıcı, bəlğəmgətirici və qurdqovucu vasitə kimi istifadə olunur. Qaynadılmış ərik yarpaqlarından mədə-bağırsaq xəstəliyində və revmatizmdə istifadə edilir. Bu dəmləmənin xaricdən istifadəsi dəri ekzemasında çox yararlıdır.
Faydalı əriyin toxumlarından "ərik südü" hazırlayıb bronxit, bronxların selikli qişasının iltihabını da sağaltmaq mümkündür.
Zəifləmiş və taqətdən düşmüş xəstələrə hər gün 2 stəkan ərik şirəsi içmək mütləqdir.
Əzizlərim, yay mövsümündə meyvəsindən dəyərlənin, qış aylarında isə ərik qurusundan - qaysıdan istifadə edin və nəticəsini mütləq görəcəksiniz. Qaysı seçimində ehtiyatlı olun, hamar və yaraşıqlı qaysını almayın, çünki bu qaysı kükürdlə emal edilmişdir. Eybi yoxdur, quru və büzüşmüş qaysı olsun, amma əmin olun ki, bu qaysı zərərsizdir.
Bu dadlı meyvə kulinariyada da geniş yer alıb. Ərikdən ətirli kompotlar, marmeladlar, mürəbbələr, cem, piroq və içkilər hazırlanır. Qurudulmuş qaysı ilə quzu ətinin qovurmasının necə dadlı olduğunu hamı bilir, xörəklərin şahı plovun baş tacıdır.
Başqa bir qəlyanaltı: toyuq flesini xırda doğrayıb və zeytun yağında qovurun. Üzərinə duz, istiot vurub ikiyə bölünmüş əriyin içinə doldurun, cəfəri ilə bəzəyin.
Kosmetologların fikirincə, ərik cavanlıq mənbəyidir.
Ərik yağının ev şəraitində maskaların tərkibində istifadəsi cildi təravətləndirir, dəridəki qırışları açır. Bu yağın özəlliyi də ondadır ki, o, dəridəki hüceyrələri hər zaman nəmli saxlayıb, ölmüş hüceyrələri bərpa edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!