Hil ədviyyatının faydaları

Hil ədviyyatının faydaları
Faydalı məsləhətlər
10.09.2017 38
Bir çoxlarımız,adətən Novruz Bayramında bişirdiyimiz bayram şirniyyatlarına hil adlanan ədviyyat qatırıq. Xəmirimizə qatdığımız bu ədviyyatın tərkibini, faydalarını bilmək, məncə çoxumuza maraqlı olar. 


 
Hil, zəncəfil fəsiləsindən olan çoxillik bitki cinsidir. Gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53%-ni qabığı, 47-80 % - ni toxumu təşkil edir.Hilin vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Ancaq toxumları qabığından ayrıldıqdan sonra tez ətrini itirdiyi üçün qabığı ilə bir yerdə yığılır. Hil toxumunun tərkibi faizlə aşağıdakı kimidir.



Azotlu maddələr 11-15 %



Yağ 1-2 % 



Efir yağlari 3.5 % 



Karbohidratlar 35-60 % 



Şəkər 0.5-0.8 % 



Nişasta 30-50 % 



Pentozanlar 4-7 % 



Pektinli maddələr 0.5 % 



Sellüloza 11-19 % 



Üyüdülmüş toxumundan həm yeyinti.həm də tibbdə geniş istifadə olunur.Hil həm də zəfəran və vanildən sonra üçüncü ən qiymətli ədviyyatdır.



FAYDALARI:



Antiseptik təsirə malikdir.



İştahanı açır.



Həzmi asanlaşdırır.



Mədə və bağırsaqların fəaliyyətini nizamlayır.



Sidikqovucu və qazqovucu təsirə malikdir.



Başağrısını aradan qaldırır.



Ağıza dad verir.



Ağız qoxusunu aradan qaldırır.



Ağciyərləri təmizləyir.



Tüpürcək axınını sürətləndirir.



Xərçəngə qarşı faydalıdır.



Zökəmə və qripə qarşı faydalıdır.



Ən yaxşı ağrıkəsicidir.



Yaddaşı möhkəmləndirir.



Böyrəkləri təmizləyir.



Yuxusuzluğu aradan qaldırır.



Sakitləşdirici təsirə malikdir.



Revmatizma ağrılarını aradan qaldırır..



Miqrenin müalicəsinə kömək edir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!