Ağız qoxusundan xilas olmanın yolları

Ağız qoxusundan xilas olmanın yolları
Faydalı məsləhətlər
10.09.2017 55
1.Dişlərinizi və diş ətlərinizi qoruyun
Diş çürükləri, diş əti iltihabları ağız qoxusunun əhəmiyyətli səbəblərindəndir. Ağız içi hər hansı bir infeksiya bakteriya törəməsini artıracağı üçün daim ağız qoxusuna səbəb olar. Bu səbəblə diş həkiminin təkliflərini mütləq dinləməlisiniz.
2.Ağızda var olan protezlərə nəzarət etdirin
Ağız içində var olan protezlə zamanla qida yığılmasına gətirib çıxaracağından pis qoxulara səbəb ola bilər. Bu vəziyyətlərdə yenilənməsi lazım olanları dəyişdirməli, əskik olan dişlərin yerləri üçün lazımlı müalicələri etdirməlisiniz.
3.Saqqız çeynəyin
Tüpürcək ağız qoxusu ilə döyüşmənin ən güclü yoludur. İçində yemək parçacıqlarını yerindən söküb mədəyə göndərəcək güclü fermentlər, güclü bakteriya öldürücü antibiotiklər vardır. Şəkərsiz saqqız çeynəmək tüpürcək ifrazatınızı artıraraq ağız təmizliyinizə köməkçi olar. Nanə şəkərləri və şirin saqqızlar ümumiyyətlə işə yaramaz və vəziyyəti daha da pisləşdirər. Ancaq xylitol ehtiva edən saqqızlar da bu mövzuda sizə köməkçi ola bilər.
4.Darçın istifadə edin
İçkilərinizdə və uyğun yeməklərinizdə darçın istifadə edə bilərsiniz. Darçın ağız içi bakteriyalarla mübarizədə əhəmiyyətli bir silahdır. Əgər varsa darçınlı şəkərsiz saqqızlar da uyğun bir təklif ola bilər.
5.Daha çox su için
Xüsusilə yaşla artan bədən quruması bir çox istiqamətdən diqqət yetirilməsi lazım olan bir vəziyyətdir. Çox su içmək onlarla digər faydasının yanında dilinizin qurumasını da önləyərək ağız qoxusu ilə mübarizədə əhəmiyyətli bir silah olaraq istifadə edilə bilər. Su ağız içindəki bakteriyaların minimumda tutulması üçün dirək köməkçidir. Ayrıca tüpürcək ifrazatını artıraraq da köməkçi olar.
6.Əsla burnunuz tıxalı yatmayın
Sinüzit kimi hava yolu narahatlıqları və burun tıxanmasına səbəb olan digər vəziyyətlər gecələri ağızdan nəfəs almamıza səbəb olar. Bu vəziyyət ağızı və boğazı qurudaraq bakteriyaların törəməsi üçün ideal bir mühit meydana gətirər. Azalan tüpürcək ifrazatı vəziyyəti daha pis hala gətirər. Bu səbəblə qətiliklə burnunuz tıxalı yatmamalısınız.
7.Sadə şəkər istehlakınızı azaldın
Ağ un, ağ şəkər, qlukoz/fruktoz siropu ilə dadlandırılmış bütün hazır qidalar ağız içindəki bakteriyalar üçün inanılmaz bir xəzinədir. Bu cür şəkərləri çox asan istifadə edərək sürətlə çoxalarlar. Sadə şəkərlər diş çürüklərinə səbəb olar və ağız sağlamlığını böyük bir sürətlə pozarlar. Bu səbəblə sadə şəkər istehlakınızı azaltmalısınız. Bu da su içmək kimi sizə onlarla faydanın yanında ağız qoxunuzun azalmasına da kömək edəcək.
8.Loxmaları yaxşı çeynəyin
Bu sayədə yeməklərlə tüpürcək ifrazatı yaxşıca qarışar və ağızda yemək parçası qalma ehtimalı düşər. Daha çox çeynəmə hərəkəti daha çox bakteriyanın yerindən qoparaq mədəyə getməsinə köməkçi olar.
9.Diş ipi istifadə edin
Diş ipi sayəsində fırçanın çıxara bilmədiyi yerlərdəki bakteriya və yemək artıqlarını sökə bilərsiniz. Xüsusilə diş gövdələri arasındakı dar bölgələrdə yığılan yemək artıqları sürətli bakteriya çoxalmasına səbəb ola bilər.
10.Siqaret çəkməyin
Siqaret çəkmək ağız quruluğuna səbəb olduğundan ağız qoxusuna səbəb olar. Ayrıca digər bir ağız qoxusu səbəbi olan diş əti xəstəliklərinə də zəmin hazırlayar.



/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!