Halsızlığa qarşı məsləhətlər

Halsızlığa qarşı məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 49
• Səhər yeməyi hər gün qətiliklə edilməlidir, günə səhər yeməyi etmədən başlamaq həddindən artıq yorğunluğa səbəb olur. İnsan bədəni yatarkən belə enerji istehlak edir, itirilən enerji səhər yeməyi ilə qazanılmalıdır.
• Səhər yürüşləri, idmanları edin. Oyandığınızda qan dövranının bir qədər sürətlənməsi, beynə qan getməsi, sərsəmliyi üstünüzdən atmağınıza köməkçi olacaq. Hər səhər yarım saat və ya on beş dəqiqənizi idmana ayırın.
• Bol su istehlak edin, gündəlik həyatınızda suyun çox böyük əhəmiyyəti var, su enerji təmin edərək özünüzü daha dinc hiss etmənizi təmin edəcək. Hər gün 2 litr olmasa belə 1-1.5 litr su istehlak edilməlidir, bu səbəblə su butulkanız davamlı olaraq yanınızda olsun.
• 2-3 saatda bir yemək yeyin. Yemək olmasa da biskvit kimi şirin şeylərdən həddindən artıq istehlak etməmək şərtiylə enerji ala bilərsiniz. Bunu ara qida olaraq da düşünə bilərsiniz.
• Erkən yatmağa başlayın və gecələri həddindən artıq yemək qəbul etməyin. Yatmadan əvvəl 15 dəqiqə idman hərəkətləri edin. (yoga, plates məsləhətdir)
• Stressdən uzaq durun. Sizi çətinliyə salan problemi tapıb ortadan qaldırın. Beyin nə qədər rahat olsa o qədər enerjili olarsınız.
• Gündə 1 fincan qəhvə içə bilərsiniz. Kofein, bədən sistemlərini xəbərdar edərək sizi daha dinc tuta bilər.
• Sizə bir də tamamilə fərdi bir tövsiyə verim. Bal, doşab kimi qidalar ya da badam, fıstıq kimi çərəzlər gün içində həqiqətən çox enerjili hiss etdirir.
Bunlar, həyatınızda sizləri daha enerjili hiss etdirəcək faktorlardır, yorğun bir bədən enerjili ola bilməz buna görə özünüzü istirahət etdirməyə çalışın. Bunları 1 həftəyə qədər sınayıb nəticə almadığınızı fərq etsəniz, həkimə gedərək probleminizi tapmağa çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!