Kəklik otunun min dərdin dərmanı olduğunu bilirdinizmi?

Kəklik otunun min dərdin dərmanı olduğunu bilirdinizmi?
Faydalı məsləhətlər
10.09.2017 42
Hündürlüyü 20 sm-dən
35 sm-ə qədərdir. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü
hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan
kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və
əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş
istifadə olunduğu sahələrdən biri də tibbdir. Kəklikotunun bir çox
faydaları vardır.


 Faydaları

1. Sakitləşdirici təsirə malikdir...

2. İmmuniteti artırır...
3. Soyuqdəyməyə qarşı faydalıdır...
4. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur...5. İştahanı yaxşılaşdırır...

6. Həzmə kömək edir...

7. Mədə-bağırsaqları və ciyərləri təmizləyir...

8. Ağciyər xəstəliklərinə qarşı faydalıdır...

9. Bağırsaq qurdlarını salır...

10. Ən yaxşı ağrıkəsicidir...

11. Revmatizmanın müalicəsinə kömək edir...

12. Öskürəyi kəsir...

13. Qripə qarşı faydalıdır...

14. Bəlğəmgətirici təsirə malikdir...
15. Spazmalara qarşı təsirlidir...16. Diş ağrısını aradan qaldırır...

17. Damaqları möhkəmləndirir...

18. Yaraların sağalmasına kömək edir...

19. Şəkər xəstəliyinə qarşı faydalıdır...

20. Stresa qarşı faydalıdır...

21. Yuxusuzluğu aradan qaldırır...
22. Qan dövranını nizamlayır...23. Qanazlığını aradan qaldırır...

24. Xərçəngə qarşı faydalıdır...



Soyuqdəymənin ən yaxşı dərmanı kəklikotudur. Müalicəvi bitkilərdən olan
kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Kəklikotu
hələ qədimdən xalq təbabətində əsasən soyuqdəymənin dərmanı kimi
işlədilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu
üçün laringit, bronxit, göy öskürək, pnevmaniya kimi xəstəliklərdə,
eləcə də boğaz ağrılarında ondan faydalı vasitə kimi istifadə etmək
olar.

Kəklikotu dəmləməsi qarqara şəklində ağız boşluğunun və udlağın
iltihabı zamanı, eləcə də mədə-bağırsaq xəstəliklərində əhəmiyyətli
sayılır.

Onun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə
müsbət təsir edir. Kəklikotu həmçinin iştahı yaxşılaşdırır, həzmə kömək
edir, mədəni və ciyəri təmizləyir. Bu bitkinin həlimi qarında köp və
spazmı götürür, bağırsaq qurdlarını tökür. Qan təzyiqi yüksək olanlar da
kəklikotundan faydalana bilər.

Kəklikotu dəmləməsi qan dövranını yaxşılaşdırdığı üçün insanda xoş
əhval-ruhiyyə yaratmaq, sinir sistemini sakitləşdirməq qabiliyyətinə
malikdir.

Dərinin parlaqlığı, eləcə də yaraların sağalması üçün onun məlhəmi çox
xeyirlidir. Məsələn, kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli
cücülərin dişlədiyi yerin üstünə çəksəniz, tezliklə kömək edər. Eləcə də
gözün qarasına ağ ləkə düşərsə, ora kəklikotu şirəsi damcılatmaq
lazımdır.

Amma həkimlər hamilə qadınlara, kəskin böyrək və qaraciyər
xəstəliyindən əziyyət çəkənlərə kəklikotundan istifadəni məqsədəuyğun
saymır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!