Beyin üçün qəribə və faydalı məşqlər

Beyin üçün qəribə və faydalı məşqlər
Faydalı məsləhətlər
10.09.2017 6
1936-ci ildə amerikalı yazıçı Doroti Brand "Wake Up and Live" ("oyan və
yaşa") adlı kitabında beyinin fəaliyyəti üçün bir neçə qeyri- adi
məşqlər təqdim etmişdi. Bu məşqlər sizi öyrəşdiyiniz mühitdən çıxarmağa,
yeni reallıq göstərməyə və yaradıcılıq qabiliyyətini yüksəltməyə
yönəliblər.



Beynimizi inkişaf etdirək.

1. Öz adi əhatinizdə bir gün heç nə demədən, yalnız suallara cavab
verərək keçirin. Lakin siz ətrafınızdakı insanlara nədən küskün
olduğunuz və yaxud kefinizin olmadığı təəsuratını bağışlamayın. Özünüzü
adi, həmişəki kimi aparın. Heç bir hadisəyə şərh bildirməyin və imkan
verməyin ki, kimsə sizdən artıq söz alsın.

2. Gündə 30 dəqiqə yalnız bir mövzu haqqında düşünün, fikiriniz başqa heç nəyə yayınmamalıdır.Bu məşqə 5 dəqiqədən başlaya bilərsiniz.

3. Gündə 15 dəqiqə "mən, mənim" sözlərindən istifadə etməyərək ünsiyət qurun.

4. İstənilən məkanın qarşısında durun və onun ölçülərini təyin etməyə çalışın.

5. Yeni tanışınıza ancaq özü haqqında danışmağına imkan yaradın. Sonra
isə bunu ona hiss etdirmədən ünsiyyəti qarşılıqlı münasibətə yönəldin.

6. Bir gün çalışın ancaq özünüzdən danışasınız . Lakin özünüzü
tərifləməyin, şikayətlənməyin, və qoymayın ki, qarşınızdakı insan
darıxsın.

7. Gündə iki saat ərzində nə edəcəyinizi planını tərtib edin və ona riayət edin.

8. Qarşınızda 12 təsadüfi öhdəliklər qoyun, məsələn: nəqliyyat
vasitələrindən istifadə etmədən 20 kilometr məsafə qət etmək; yemək
yemədən 12 saat yol getmək; ən gözlənilməz və uyğun olmayan yerdə səhər
yeməyi yemək; bütün gecəni yatmamaq və çalışmaq və s.

9. Gün ərizndə bütün suallar və təkliflərə "hə" deyərək cavab verin (istisna hallar mümkündür).

Bu məşqlər sizin həyatınıza rəng qatacaqlar və özünüz haqqında yeni ixtiralar açmağa imkan yaradacaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!