Güllərinizin ömrünü uzadacaq 6 təklif

Güllərinizin ömrünü uzadacaq 6 təklif
Faydalı məsləhətlər
10.09.2017 13
1. Çiçəklərin kafi su ala bilməsi üçün vaza ya da çiçək qabının ən az dörddə üçünü doldurmanız lazımdır.

2. Çox isti ya da çox soyuq su yerinə ilıq su istifadə edin. Bu, çiçəkləri rahatlaşdırar, tarazlar və canlandırar. Xüsusi ilə bir müddətə susuz qalmışsa… Ancaq soyuq ya da isti su çiçəkləri öldürər. 

3. Çiçək qidaları və vitaminləri istifadə edin. Ancaq evinizdə yoxsa bir parça şəkər də işinizi görər. Bitki vitaminləri ilə bir neçə dəfə sınaq etdik. Dərmanlı suya və dərmansız suya beş budaq çiçək qoyduq və izlədik. Nəticə olaraq vitaminli suda çiçəklər daha uzun müddət canlı və təzə qaldı. deyir Michael Pellegrino.

4. Hər beş gündən bir çiçəklərin suyunu dəyişdirin. Çiçəklər xüsusi ilə ilk bir neçə gün çox su qəbul edər. Bu səbəblə su səviyyəsini hər gün nəzarət edərək kafi su miqdarını təmin etməyə diqqət edin.

5. Çiçək budaqlarını hər 3 gündən bir kəsin və uclarda yaranan kif və yosunları təmizləyin. Bu çiçəklərinizin daha uzun ömürlü yaşamasını təmin edər. Məsələn təxminən 50 sm. qədər boy verən uzun saplı güllərlə sınaq edə bilərsiniz. Gülləri aldıqdan iki gün sonra sapını 25 sm.dan kəsin. Üç ya da dörd gün sonra yenidən kəsin. Saplar təxminən 5 sm. qalana qədər bir neçə gündə bir kiçik parçalar kəsməyə davam edin. Qısa saplı gülləri kiçik kiçik dərman şüşələrinə bölərək qoyun. Daha sonra istədiyiniz zaman kiçik aranjemanlar hazırlayaraq mətbəx dəzgahını ya da yemək süfrəsini bəzəyə bilərsiniz. Bu üsulla çox qəşəng gül dəstələri hazırlayaraq təxminən dörd həftə qoruya bilərsiniz.

6. Çiçəkləri birbaşa günəş işığına məruz buraxmayın. Əslində düşündüyünüzün əksinə çiçəklər çox isti sevməz. Daha çox yumşaq bir gün işığı həyat üçün kafi olar. Bu səbəblə çiçək aranjemanları ya da dəstələrini daha çox işıqlıq bir masa üstünə ya da evinizin bol işıq alan künclərinə yerləşdirə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!