Öz imicini özün dəyişdir cazibədar ol

Öz imicini özün dəyişdir cazibədar ol
Faydalı məsləhətlər
10.09.2017 12
Siz özünüzü dəyişdirmək, imicinizi yeniləmək istəyirsiz, amma nədən başlamağı bilmirsiz? Qadınlar.Biz saytının sizə məsləhətlər öz obrazınızı dəyişdirməyə kömək edəcək.

Müxtəlif stilləri öyrənib araşdırın. Siz
imicinizi dəyişmək istədiyiniz halda, ilk növbədə parlaq dəbli
jurnallar əldə edin və ya dəbli mövzuda saytları araşdırın. Bu sizə hər
hansı bir obraz seçməyə kömək edəcək.
Öz ilhamınızı tapın. Əgər
siz şou-biznesin hər hansı bir ulduzuna heyran olmusunuzsa və onun
stili sizi valeh edibsə – bu zaman həmin obraza uyğunlaşmağa cəhd edin.
Amma ən vacib, bədən quruluşunuzu nəzərə alın və yalnız məhz sizə
yaraşan, əyninizdə yaxşı oturan geyim dəstlərini seçin. Seçilmiş ulduz
sizin ilhamınız olacaq. Yeri gəlmişkən, saç düzümünün dəyişikliyi də
həmçinin imicdə çox mühüm rol oynayır.

Lazımlı əşyaların dəqiq siyahısını tutun. Sizin
tərəfinizdən seçilmiş stili təcəssüm edən müxtəlif əşyalar mövcuddur.
Sizin qarderobunuz üçün lazımlı əşyaların təxmini siyahısını tutun və
mağazalara, dəbli butiklərə onları axtarmağa yola düşün. Həmçinin
detalları və rəngləri də unutmaq lazım deyil, sizin xoşunuza gələn hər
bir məqamı qeyd edin ki, seçimlərinizi asan edə biləsiniz.
Yeni geyim butiklərinə baş çəkin. Hər
birimiz bəzən müxtəlif fikirlərə görə bəzi butiklərin yanından düz
keçirik. Ya vitrin xoşumuza gəlmir, ya orada alıcıların olmaması bizi
fikrimizdən döndərir, ya da fikirləşirik ki, qiymətlər çox yüksəkdir və
s. Ama əksinə, ola bilsin ki siz, məhz bu mağazada istədiyinizi tapa
bildiniz və bunun üçün xoşunuza gələn mağazaya mütləq baş çəkin.

Asan olanlardan başlayın. Öz
qarderobunuza bir neçə yeni əşya əlavə edin. Şkafınızı dərhal böyük
miqdarda təzə əşyalarnan doldurmaq lazım deyildir. Əgər daha əvvəl siz
klassik üslubda geyimin tərəfdarı idinizsə, bu zaman rok stilində olan
bir geyim əldə edin (məsələn, dəri gödəkçə). Əgər əksinə, siz daha çox
"küçə” stilində geyinirdinizsə, bu zaman hər hansısa bir zərif qadın
elementini əldə edin (məsələn, dekolte libas və ya dar yubkayla ağ
köynək).

Təcrübə aparmaqdan çəkinməyin. Bir az daha cəsarətli olun və sizdə hər şey gözəl alınacaq!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!