Yuxularımız və onların mənaları

Yuxularımız və onların mənaları
Faydalı məsləhətlər
10.09.2017 58
Çətin ki, heç vaxt yuxuyozan kitablara baxmayan insan olsun. Bəs bu kitablarda yazılanlara etibar etmək olarmı? Yuxularımız bizim gələcəyimiz və keçmişimiz haqqında nələri danışa bilər?
 
 
Bildiyiniz kimi, çox sayda yuxuyozan kitablar mövcuddur. Amma onların
içində ən məşhuru Millerin yuxuyozan kitabıdır. Bu gün biz sizə
yuxuların yozulması zamanı bəzi məqamları çatdırmağa çalışacayıq.
 
 
İlk növbədə, deyirlər ki, səhərə yaxın görülən yuxular deyil, yalnız
gecə vaxtı görülən yuxular gerçəkləşir. Buna görə səhər saat 5-ə qədər
görülən yuxulara diqqət etmək lazımdır. Yuxuların düzgün yozulması üçün
görülən hər bir detal əhəmiyyətlidir. Bəs onda gecə görülən yuxuları
necə yadda saxlamaq olar? Əlbəttə, təklif etmək olar ki, gecə yuxudan
oyanan kimi dərhal öz yuxularınızı bir vərəqə yazın, amma çətin ki,
sizin bu ideyadan xoşunuz gəlsin. Ona görə, səhər yaddaşımızda
qalanlarla kifayətlənməli olacayıq və ayrı-ayrı fraqmentlərə görə
gələcək hadisələrin şəklini təşkil edəcəyik. Bunu səhər yuxudan oyanan
kimi edin, əks halda nahara kimi yuxu haqqında bütün xatirələr tamamilə
silinir. Qoy Millerin yuxuyozan kitabı sizin yatağınızın yanında olsun.
 
 
Bizim bir çox yuxularımız beynimizdən gələn siqnallardır. Belə ki,
əgər ana yuxusunda uşağının pəncərədən düşməsini görürsə, bu ananın öz
uşağının üzərində həddindən artıq məsuliyyətli münasibətinin
təzahürüdür.


Əgər siz yuxuda bir gecə köynəyində küçəyə çıxmısınızsa, və bundan çox
utanırsınızsa, bu o deməkdir ki, real həyatda siz öz reputasiyanız
haqqında çox narahat olursunuz və hər "səhv hərəkət” -ə görə özünüzü
günahkar hesab edirsiniz.
 
 
Əgər siz yuxuda təmiz, şəffaf suda üzürsünüzsə, onda bu xoşbəxtlik,
karyerada və sevgidə müvəffəqiyyətlərə işarə edir. Əgər su bulanıqdırsa ,
deməli qələbəyə gedən yol çətin olacaq. Yuxuda hürən itlər ziyan
gətirməyən, lakin əsəb yaradan düşmənlərə işarə edir. Böyük, ağ it isə
sadiq dost simvoludur. Əgər bir xanım yuxuda balıq tutarsa, bu
hamiləliyə işarə edir (ən düzgün əlamətlərdən biridir).
 
 
Əziz dostlar! Siz öz yuxularınızı burada yoza bilərsiniz:
 
 Yuxuyozmalarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!