Temperaturu salan bitkilər

Temperaturu salan bitkilər
Faydalı məsləhətlər
10.09.2017 8
Bildiyimiz kimi bədəndə hərarətin yüksəlməsi orqanizmin zərərli maddə və ya mikroorqanizmlərə qarşı reaksiyasıdır. Bu səbəbdən də qızdırma xəstəlik deyil, hər hansı bir xəstəliyin əlaməti kimi başa düşülür. Hərarətin 37.5 dərəcədən yuxarı qalxması isə artıq qızdırma hesab edilir. Qızdırmanı salmaq üçün əsasən müxtəlif kimyəvi tərkibli preparatlardan istifadə edilsə də, bəzi bitkilər də bu barədə çox faydalıdır.
 
Ona görə də sizə gərəkli olar deyə aşağıdakı təbii vasitələri təqdim edirəm.1. Qaynadılmış cökə çiçəyindən bir stəkan götürərək içinə bir çay qaşığı dolusu nanə əlavə edin. 10 dəqiqə dəm aldıqdan sonra için.

2. Cəfəri, qaxotu(qoyunqıran), yovşan, evkalipt yarpağı ilə quru ərik xoşabı (quru meyvələr, şəkər və sudan hazırlanan içki) içilərsə qızdırma düşər.

3. Bir stəkan qaynar suda 5 qram xırdalanmış əməköməci 10 dəqiqə dəmlənir və gündə üç stəkan içilir.

4. Bir stəkan qaynar suda 10 qram boymadərəni 10 dəqiqə dəmləyib gündə 2-3 stəkan içdikdə qızdırmadan əsər-əlamət qalmaz.



Sonda isə qeyd istəyirəm ki, bitkilərin müalicəvi əhəmiyyəti nə qədər böyük olsa da istifadəsində müəyyən əks-göstərişlər də vardır. Ona görə də müalicənizdə tətbiq etmədən öncə onların nəyə xeyir, nəyə ziyan olduğunu bilməyiniz məsləhətdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!