Acı bibərin faydaları

Acı bibərin faydaları
Faydalı məsləhətlər
10.09.2017 10
Acı bibər çoxumuzun vaz kecə bilmədiyi bibər növüdür.Tərəvəz
yeməklərində və ətin yanında bol-bol istifadə edilən acı bibərin faydaları yüz
illərdir bütün mədəniyyətlər tərəfindən bilinir. Acı bibər dünyanın hər yerində
və hər iqlim şəraitində yetişən tərəvəzdir. Bir çox yeməyi dadlandıran bu tərəvəz
xüsusilə kalsium, kalium və vitaminlər baxımından olduqca zəngindir. Ondan bir
çox xəstəliklərin müalicəsində istifadə edilir.
Acı bibər ürək üçün çox xeyirlidir. Tərkibində ürəyin
ehtiyacı olan qida maddələri olan acı bibər bədən istiliyini artırar və qan
dövranını sürətləndirir. Bundan başqa, qan hüceyrələrinə yapışan toksinləri də
təmizləyir. Yüksək təzyiqi olan xəstələrə bu tərəvəz təklif edilir. Təpədən
dırnağadək qan dövranını sürətləndirən acı bibər qan təzyiqini də tarazlayır.
Tərkibində olan kapsaisin maddəsi xərçəng hüceyrələrinə
öldürücü təsir edir. Buna görə də qan xərçəngi və ağciyər xərçəngi xəstələrinə
məsləhət görülür. Araşdırmalar kapsaisinin xərçəng hüceyrələrini apoptosis mərhələsində
öldürdüyünü göstərir.
Acı bibər mədə-bağırsağa da yaxşı təsir edir. Bağırsaq hərəkətlərini
artıraraq həzmi sürətləndirən acı bibər mədədəki turşuluq və qaz kimi
narahatlıqları aradan qaldırır. Antifungal xüsusiyyətləri olan acı bibər göbələk
problemlərində də təsirlidir. Bundan başqa, tənəffüs yolu narahatlığı çəkən
insanlardakı infeksiyaların aradan qaldırılmasında da əhəmiyyətli rol oynayır.
Əsrlərdir acı bibərdən alternativ tibbdə istifadə edilir.
Yerli xalqlar onunla müalicə üsullarına əhəmiyyət verirlər. Soyuq havalarda ayaqqabıların
içinə qoyulan acı bibər donmadan təsirlənmə dərəcəsini azaldır. Qanayan yaraya
qoyulan acı bibər qanaxmanı dayandırır və iz buraxmadan yaxşılaşmasını təmin
edir. Acı bibərə allergik reaksiyalarda da müraciət edilir. Baş ağrısı, soyuqdəymə
kimi hallarda istifadə edilir. Bundan başqa, ağrıkəsici xüsusiyyəti də
olduğundan diş ağrıları, ilan sancmaları və miqrendə təsiri böyükdür.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!