Hər qadının ehtiyacı olacaq məsləhətlər

Hər qadının ehtiyacı olacaq məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 41
Mövzu paltarlar və moda olunca hər qadının adı kimi bilməsi lazım
olan və əlbəttə bir gün ehtiyac duyacağı məsləhətləri sizlər üçün bir
araya gətirdik.Həyatınız asanlaşdıracaq məsləhətlərə sizdə nəzər yetirin.

1. Təzə aldığınız cins şalvarlarınızı dərziyə aparmadan əvvəl 2 dəfə mütləq yuyun. Unutmayın, cinslər yuyulduğu zaman daralır.
2. Kaşmir parçanın keyfiyyətini anlamaq üçün parçanı yüngülcə yanlara
doğru dartın. Buraxdığınızda eyni şəkli alırsa keyfiyyətlidir.
3. Ən sevdiyiniz çantaya yağ ləkəsi düşdüyündə uşaq pudrasını ləkənin
üzərinə tökün və səhərə qədər gözləyin.Böyük ehtimalla ləkənin yox
olduğunu görəcəksiniz. Ləkə hələ getmədisə bir gecə daha eyni əməliyyatı
təkrarlayın.
4. Şkafınızı açdığınız zaman rənglər açıqdan tündə doğru sıralansın və
açıq paltarları soldan düzməyə başlayın. Bunun sayəsində daha asan
seçkilər edə bilərsiniz.
5. Saxta çanta almanız əsla etməməniz lazım olan bir seçimdir. Saxta
almaz və aksesuarlar isə keyfiyyətli olduqlarında ancaq professional
biri tərəfindən ayırd edilə bilər.
6. Vazadakı çiçəklərin daha uzun müddət təravətli olmasını istəyirsinizsə suya çox az bir miqdar araq damladın.
7. Qırmızı şərab ləkələrini çıxarmaq üçün ağ şərab istifadə edin.
8. Üzərinizə gözəl oturan paltarların pik nöqtəsi likradır. T-shirtler
üçün 95% pambıq, 5% likra qarışığını seçin. Cinslər üçün isə heç olmasa
2% likralı olanlar üzərinə daha yaxşı oturacaq və formalarını uzun
müddət qoruyacaq.
9. Hansı paltarı atacağınıza qərar vermək üçün "İndi alış-verişdə
olsaydım bunu alardım?" sualını özünüzə verin. Cavab xeyrdirsə atın
getsin!
10. Xüsusi dəvətlərdə cəsarəti bir kənara qoyun və sizə hər vaxt yaraşan şeyləri seçin.
11. Corabların süzülməsindən bezdinizsə saç spreyi sıxıb qurumasını gözləyib daha sonra geyinin.
12. Tüklənən sviteri təmizləmənin ən asan yolu topuq daşıyla yüngülcə daramaqdır.
13. Tiftik və angora yunlu paltarlarınızın tük tökməsini önləmək üçün
kiçik bir torbanın içərisində buzluğa qoyub dondurun. 3 saat gözlətmək
kafi olacaq.
14. Bir paltarı ütülədikdən sonra dərhal geyinməyin. Əks halda yeni
qırışıqlıqlar meydana gələ bilər. 5 dəqiqə gözlətsəniz ütüsü daha çətin
pozulacaq.
15. Çimərlik geyimi və bikinilərinizi əsla maşında yumayın. Maşında yuyunduğunda elastikliyini itirəcəklər.

16. Vintage və ya ikinci əl paltarlardakı qoxudan xilas olmaq üçün 1
miqdar araq və bir miqdar suyu qarışdırıb sprey şüşəsi köməyiylə
püskürdün.
 
/Mənbə.Qadınlar.Biz /

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!