Xalça təmizləmə sirləri

Xalça təmizləmə sirləri
Faydalı məsləhətlər
10.09.2017 147
Xalçalar, hələ-hələ divardan divara olanlar toz, çirk, kif üçün ev sahiblini narahat edə bilərlər. Uşaq otaqları üçün yuyula bilirlər, kiçik xalçalar daha praktikdir amma
evlərdə böyük xalçaları paltaryuyan maşınına atmaq mümkün deyil.



Yaxşı nə edilə bilər?

Xalça
təmizləyicilər, evinizin atmosferinə toksik qazlar yayırlar,
formaldehid, turşu, dezinfeksiya edici vasitələr və süni qoxular kimi.
Xalça şampunları isə qalıq buraxa bilir, üzərində ləkər buraxa bilirlər.

Karbonat və qarğıdalı nişastasını qarışdırın. Karbonat
qoxuları yox edər  bakteriya öldürücüdür, qarğıdalı nişastası
isə nəmi və yağları çəkər, ləkələrin qalmasına mane olar. Bu möcüzə qarışığı xaıçanızın hər yerinə səpin. 15-20 dəqiqə gözləyin, tozsoranla təmizləyin. Xalçanız tərtəmiz olacaq.

Ya da iran sabunlu su ilə silin. Həm ənənəvi, həm də sizin sağlamlığınızı qoruyacaq bir təmizlik üsuludur. Ayrıca xalçanızda da rənglərinin parlamasına köməkçi olacaq.
Xalçada ləkə meydana gəlsə isə bunları etməniz kafi:



1. Ləkə meydana gələr meydana gəlməz üzərinə dərhal mədən suyu tökün. Ləkəni səthə çıxaracaq, ləkə çıxana qədər yaxşıca silin.

2. Çıxmazsa qarğıdalı nişastasını ləkəli bölgəyə quruykən tökün bu səfər 1 gecə gözləyin, sonra süpürgə ilə təmizləyin.

3. Yenə çıxmazsa, bu ləkə təmizləyici qarışığı hazırlayın:
 
Dörddəbir stəkan alma sirkəsi

1 çay qaşığı qab-qacaq yuyucu

2 stəkan ilıq su

Qarışdırıb, dəsmalınızı bu qarışıqla isladın, ləkəni silin, ləkə dəsmalınıza keçsə, təmiz dəsmalla təkrar bölgəni silin.
 
Qeyd: Sirkə ilə hər hansı bir sınaq etmədən əvvəl, xalçanızın küncündə bir yerdə ləkə etmədiyindən və xalçanıza zərər vermədiyindən əmin olun.
 /Mənbə.Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!