Menstruasiya haqqında yanlış fikirlər

Menstruasiya haqqında yanlış fikirlər
Faydalı məsləhətlər
10.09.2017 57
Menstruasiya hər bir qadın üçün adi və təbii bir haldır.
Lakin, buna baxmayaraq, qadınların bir çox hissəsi menstruasiya ilə
bağlı olan müxtəlif və elmi cəhətdən heç bir təsdiqi olmayan "rəvayətlərə” inanır.
 
 
Məsələn:
- Menstruasiya zamanı hamilə qalmaq mümkün deyil.
Bu yanlış fikirdir. Bu halda hamiləliyin ehtimalı az da olsa,
hamiləlik mümkündür! Menstruasiyanın sonunda cinsi əlaqədə olan qadın
hamilə qala bilər. Məsələ burasındadır ki, qadınlarda ovulyasiya hər
zaman menstrual dövrün ortasında baş vermir – daha tez və ya daha gec
baş verə bilər. Spermatozoidlər isə qadının cinsi yollarında 5 (hətta 7)
günə kimi "döyüşə” hazır vəziyyətdə qala bilirlər. Nəticədə tez baş
vermiş ovulyasiya (xüsusilə menstrual dövrü qısa  - 22, 24, 26 gün -
olan qadınlarda) + həyat qabiliyyəti yüksək olan spermatozoidlər =
hamiləlik.
 
 
- Menstruasiyanın birinci günlərində çimmək olmaz ki, bu qanaxmaya səbəb ola bilər.
Bu da belə deyil. İlıq duş (isti vanna yox!) hətta menstruasiyanın
birinci günündə qadağan deyil və qanaxmaya səbəb ola bilməz. Əksinə
olaraq ilıq su əzələlərin boşalmasına səbəb olaraq, menstruasiya zamanı
olan ağrıları azaldır.
 
 
- Menstruasiya zamanı idmanla məşğul olmaq olmaz.
Bu da yanlış məlumatdır. Bəli, fiziki yükləmələr ağır olmamalıdır.
Yüngül (!) idman yükləmələri isə menstruasiya zamanı qadağan deyil.
Əksinə olaraq fiziki yükləmələr bir çox hallarda menstruasiya zamanı
mümkün olan ağrılarla mübarizədə qadına kömək edir.
 
 
- Hər menstrual dövrdə ovulyasiya baş verir.
Bu səhvdir. Hətta tam sağlam qadınlarda bəzi menstrual dövrlərdə
ovulyasiya baş verməyə bilər (buna "anovulyator menstrual dövr”
deyilir). Ovulyasiyanın baş verməməsinə baxmayaraq qadında menstruasiya
normal qaydada başlayır.
 
 
- Menstruasiya zamanı qadın çoxlu qan itirir.
Bu heç də belə deyil! Menstruasiya zamanı qadın az miqdarda (təxminən
gün ərzində 2-3 xörək qaşığı) qan itirir və bu onun sağlamlığına heç
bir mənfi təsir etmir. Lakin əgər sizdə menstruasiyalar çox güclü
qanaxma ilə müşayiət olunursa (siz hər 1-2 saatdanbir gigiyenik bezi
dəyişməli olursunuzsa), bu narahatçılıq üçün səbəb yaradır. Belə
qanaxmalar müxtəlif xəstəliklərin və pozulmaların (hormonal pozulmalar,
miomalar, poliplər, şişlər, endometrioz və s.) simptomu ola bilər.
 
 
- Cərrahiyyə əməliyyatı zamanı uşaqlığı xarıc olunmuş (histerektomiya) qadında menstruasiyalar saxlanılır.
Səhvdir. Menstruasiya zamanı xaric olunan qan və qan laxtaları
uşaqlığın selikli qişasıdır. Uşaqlıq olmadıqda bu proses də mümkün
olmur.
 
 
- Menstruasiya zamanı olan ağrılar təbiidir və onlara dözmək lazımdır.
Müəyyən çox da güclü olmayan ağrılar mümkündür. Məsələ burasındadır
ki, menstruasiya zamanı uşaqlıq köhnə selikli qişadan azad olmaq üçün
fəal şəkildə yığılır və bu yığılmalar ağrılara səbəb olur. Lakin əgər
ağrılar çox güclüdürsə, mütləq ginekoloqa müraciət edin. Belə ağrılar
müxtəlif xəstəliklərin simptomu ola bilər.
 
 
- Menstruasiya zamanı dərman içmək olmaz.
Bu da növbəti səhvdir. Əgər menstruasiya çox güclü
ağrılarla müşayiət olunursa, ağrısızlaşdıran (məsələn, nurofen) və (və
ya) spazmolitik (məsələn, no-şpa) preparatlardan biri istifadə oluna
bilər.
 
 
- Hamiləlik zamanı menstruasiya ola bilər.
Bu cəfəngiyatdır. Hamilə qadının orqanizmində follikullar yetişmir, ovulyasiya
və uşaqlığın boşluğunda olan dövri dəyişikliklər (selikli qişanın
qalınlaşması və s.) baş vermir. Bu səbəbdən hamilə qadınlarda
menstruasiya mümkün deyil. Hamiləlik zamanı qadında qanlı ifrazatların
olması təhlükəli simptom sayılır və hamiləliyin pozulmasının əlaməti ola
bilər. Bu halda mütləq ginekoloqa müraciət etmək lazımdır.
 


/Qadinlar.Biz/



 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!